Ölkə

“Saxla” əmrinə tabe olmadı

28 Sentyabr 2024 14:57
Baxış: 444
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şirvanda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib.

Bu barədə Milli.Az-a DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. 

Belə ki, polis əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətdə olan "Toyota" markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratdığı üçün "saxla" işarəsi verilib. Lakin sürücü, Hacıqabul rayon sakini Alim Əzizov tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışıb.

Sonuncu yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və onun nəqliyyat vasitəsini içkili vəziyyətdə idarə etdiyi məlum olub.

Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün şəhər məhkəməsinə təqdim olunub. 

Məhkəmənin qərarı ilə A.Əzizov sürücülük hüququndan 1 illik məhrum edilməklə 15 sutka inzibati qaydada həbs edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.