COP29 Azərbaycan Əməliyyat Şirkəti BMT Baş Assambleyasının 79-cu sessiyası və Nyu-York İqlim Həftəsində iştirak edir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
COP29 Azərbaycan Əməliyyat Şirkətinin nümayəndə heyəti BMT Baş Assambleyasının 79-cu sessiyasında və Nyu-York İqlim Həftəsində iştirak etmək məqsədilə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində səfərdədir.
Milli.Az Trend-ə istinadən bildirir ki, səfər çərçivəsində 26 sentyabr tarixində COP29 Azərbaycan ƏŞ tərəfindən COP29-a hazırlıq istiqamətində təşkilati və əməliyyat məsələlərinə dair üzv dövlətlərin nümayəndələri üçün brifinq təşkil edilib.
Bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransına intensiv hazırlıq istiqamətində icra edilmiş və planlaşdırılan işlər üzrə məlumatlandırılmanın təmin edilməsi məqsədilə təşkil edilən tədbirdə BMT-nin bir sıra üzv ölkələrinin nümayəndə heyətləri iştirak ediblər.
Brifinqdə geniş təqdimatla çıxış edən COP29 Azərbaycan ƏŞ-nin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova COP prosesinin təqviminə daxil edilən başlıca tədbirlər, COP29-un tematik gündəliyi, o cümlədən, İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti barədə qısaca məlumatlandıraraq tədbir məkanı olan Bakı Stadionunda icra olunan işlərə toxunub.
N.Carçalova hazırlıq prosesinin mühüm hissəsinin Bakı Stadionunda icra olunan tikinti və quraşdırma işləri olduğunu qeyd edərək burada müxtəlif məqsədlər üzrə icra olunan ərazi bölgüsü və müvafiq infrastrukturun qurulması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Əməliyyatların bütün mərhələlərində dayanıqlılıq prinsiplərinin üstün tutulmasını xüsusilə vurğulayan N.Çarçalova tədbir məkanında dayanıqlılıq, əlçatanlıq və inklüzivlik tələblərinə tam riayət edildiyini bildirib, stadionda dayanıqlı əməliyyatların təmin edilməsi məqsədilə əlçatan və inklüziv mühitin yaradılması üçün atılan addımları diqqətə çatdırıb, eləcə də, ƏŞ-nin əsas dayanıqlılıq hədəf və öhdəlikləri haqda bəhs edib.
Brifinqdə çıxış edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Konfrans İşləri şöbəsinin direktoru Vasim Mir COP29 konfransının keçirilməsi üçün tələb olunan tədbir məkanının hazırlanması və əməliyyatların qurulması prosesini yüksək qiymətləndirdiyini bildirib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Hökumətlərarası Dəstək və Kollektiv Tərəqqi şöbəsinin direktoru Cecilia Kinuthia-Njenga COP29 İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitinin proqramı və milli bəyənatlar üçün ölkələr tərəfindən müraciət prosesi ətrafında danışıb.
Daha sonra çıxış edən COP29 Azərbaycan ƏŞ-nin Koordinasiya Şurasının üzvləri Şəhla Abbəkirova və İsmayıl İsayev öz növbələrinə COP29 zamanı müsbət ziyarətçi təcrübəsi, qeydiyyat və akkreditasiya məsələləri, xüsusi COP29 vizası, media xidmətləri, nəqliyyat sxemləri kimi mövzular ətrafında iştirakçıları məlumatlandırıblar. Bununla yanaşı, COP29-un ilk günlərində baş tutacaq İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti ərzində keçiriləcək əsas tədbir və görüşlərin təşkilati tərəflərini təfsir edən Koordinasiya Şurasının üzvləri tədbir zamanı ölkə başçılarının tələb olunan səviyyədə qarşılanması üçün icra edilən işlər və planlar barədə məlumat veriblər.
Brifinq nümayəndə heyətlərini maraqlandıran suallar ətrafında müzakirələrlə davam edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)





