Ölkə

Bakıda universitetin yataqxanalarını bit basdı - VİDEO

26 Sentyabr 2024 10:20
Baxış: 839
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) yataqxanalarını bit basıb. Söhbət ADPU-nun Dərnəgül qəsəbəsində yerləşən 2 və 3 saylı yataqxanalarından gedir.

Keçmiş məcburi köçkünlərin yaşadığı bu çoxmərtəbəli binaların sakinləri 1 ilə yaxındır ki, bit-birə əlindən cana yığıldıqlarını deyirlər.

Milli.Az bildirir ki, məsələ ilə bağlı ADPU-dan "Xəzər Xəbər"ə bildirilib ki, bu yataqxanaların binası universitetin balansındadır.

Binanın komendantı isə deyib ki, evlərin bitlərdən təmizlənməsi üçün prosesi həyata keçirməli olan şirkətlə əlaqə saxlayıblar. MMC-dən bildirilib ki, onlarla Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yeni müqavilə bağlamalıdır ki, gəlib binada təmizlik işləri aparsınlar.

Qurumdan isə bildirilib ki, bu günə qədər Dövlət Komitəsinə qeyd edilən məsələ ilə bağlı müraciət daxil olmayıb.

Fakt yaxın günlərdə ətraflı araşdırılacaq. Yaranmış problemin aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsi üçün bütün lazımi tədbirlər həyata keçiriləcək.

Ətraflı süjetdə:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.