Ölkə

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

19 Sentyabr 2024 13:48
Baxış: 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, sentyabrın 21-dək əsasən bölgələrdə hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış yağacağı, bəzi yerlərdə güclü külək əsəcəyi gözlənilir.

Milli.Az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi bununla bağlı hərəkət iştirakçılarına müraciət edib.

"DYP xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək yolarda diqqətli olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, sürücülərdən yol və meteoroloji şəraiti nəzərə alaraq sürət həddini minimuma endirməyi, nəqliyyat vasitələrinin texniki sazlığını nəzarətdə saxlamağı xahiş edir.

Qqoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər", - məlumatda deyilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.