Dünya

Pavel Durov Moskva ilə əlaqələrdən imtina edib?

19 Sentyabr 2024 22:40
Baxış: 348
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa hakimiyyəti Rusiya tərəfinə bildirib ki, bir neçə il əvvəl Fransa vətəndaşlığı alan "Telegram"ın qurucusu Pavel Durov Moskva ilə əlaqələrə maraq göstərməyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov "Rossiya-24" telekanalına müsahibəsində bildirib.

"Fransızlar Durov məsələsinə Fransa dövlətinin öz vətəndaşı ilə münasibətləri kimi yanaşırlar. Buna görə də, müvafiq materialların təqdim edilməsi ilə bağlı dəfələrlə müraciət etməyimizə baxmayaraq, rədd cavabı almışıq. Eyni zamanda, Durovun bizimlə əlaqələrə maraq göstərmədiyi deyildi", - deyə diplomat bildirib.

Xatırladaq ki, avqustun 24-də Durov Le Burje hava limanında saxlanılmışdı. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Parisdəki Rusiya diplomatları Durovun saxlanılması ilə bağlı vəziyyətdə bütün lazımi addımları atıblar.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.