Dişlərinizi məhv edən gündəlik vərdişlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Zərərsiz görünən bəzi gündəlik vərdişlər əslində dişlərə ciddi ziyan vura bilər.
Milli.Az xəbər verir ki, "HuffPost"un məlumatına görə, gündəlik həyatda aşağıdakı davranışlardan uzaq durmaq məsləhətdir:
Kifayət qədər su içməmək
Stomatoloq Catrise Austin izah edir ki, orqanizmin su ilə təmin olunması sağlamlıq üçün ən vacib vərdişlərdən biridir. Tüpürcək ağızda təbii qoruyucu mexanizmdir və bədənin kifayət qədər su ilə təmin olunması onun istehsalını artırır. Ağız quruluğu bakteriyaların inkişafı üçün ideal mühit yaradır ki, bu da karies, diş əti xəstəlikləri və pis ağız qoxusuna səbəb ola bilər.
Kofe və enerji içkiləri, fərqinə varmadan ağızda quruluğa səbəb ola bilər. Gün ərzində mütəmadi olaraq su içmək və spirtsiz ağız yaxalayıcı vasitələrdən istifadə etmək tövsiyə olunur.
Multidisciplinary Digital Publishing Institute (MDPI) jurnalında dərc olunan araşdırmaya görə, daha çox su içən insanların karies və diş əti xəstəliklərinə tutulma riski daha aşağı olur.
Qazlı içkilərin tez-tez qəbulu
Protodontist Jie Sun bildirir ki, qazlı içkilərdəki karbon turşusu turş mühit yaradır və tədricən diş minasını yumşaldır. Davamlı olaraq bu cür içkilərin qəbulu dişləri turşu hücumuna məruz qoyur, bu da zamanla minanı zəiflədir və həssaslıq, çürümə riskini artırır.
JADA Foundational Science tərəfindən aparılan tədqiqatda həm şəkərli, həm də şəkərsiz qazlı içkilərin mina aşınmasına səbəb olduğu göstərilib. Qazlı içkilərin gündəlik istifadəsini yalnız yemək vaxtı və gündə bir dəfə ilə məhdudlaşdırmaq tövsiyə olunur.
Təzə meyvə şirələri və alma sirkəsi içmək
Təbii və sağlam görünsələr də, meyvə şirələri və alma sirkəsi yüksək dərəcədə turşulu içkilərdir. Limon, laym, qreyfurt, nar kimi sitrus meyvələri diqqətlə istehlak edilməlidir. Onları içərkən dişlə təmasın azalması üçün borudan istifadə etmək və sonradan ağızı su ilə yaxalamaq tövsiyə olunur. Bu cür içkiləri yalnız həftədə bir neçə dəfə içmək daha məqsədəuyğundur.
Daimi qəlyanaltı etmək
Xüsusilə şəkərli və ya turşulu qidaların tez-tez qəbulu dişləri təkrar-təkrar turşu hücumuna məruz qoyur. Tüpürcəyin bu turşuları neytrallaşdırması üçün zamana ehtiyac var, lakin ardıcıl qəlyanaltılar bu prosesi pozur və mina özünü bərpa edə bilmir.
Xüsusilə karbohidratlar daha risklidir, çünki ağızda şəkərə çevrilərək bakteriyaların çoxalmasına və turşuluğun artmasına səbəb olur.
PubMed-də dərc olunan bir tədqiqat göstərib ki, Səudiyyə Ərəbistanında məktəbəqədər yaşlı uşaqlar arasında meyvə şirəsinin hər gün qəbulu mina aşınması riskini əhəmiyyətli dərəcədə artırır. Qəbulu həftədə 1-6 dəfə ilə məhdudlaşdırmaq bu riski azaldır.
Spirtli ağız yaxalayıcı vasitələrdən istifadə
Bəzi ağız gigiyenası məhsulları əslində zərərli ola bilər. Spirtli ağız yaxalayıcılar ağızda quruluq yaradır və ağız mikrobiomunu pozur.
Medical News Today-ə görə, spirt ağızdakı həm zərərli, həm də faydalı bakteriyaları öldürür. Bu isə diş əti iltihabı, bəzi xərçəng növləri və iltihablarla əlaqəli zərərli bakteriyaların inkişafına şərait yarada bilər. Bunun əvəzinə spirtsiz və floridli ağız yaxalayıcılar tövsiyə olunur.
Yeməkdən dərhal sonra dişləri fırçalamaq
Yeməkdən sonra ağızın pH səviyyəsi aşağı düşür və diş minası yumşalır. Dərhal diş fırçalamaq bu minaya mexaniki zərər verərək onun tez aşınmasına səbəb olur. Bu isə zamanla diş həssaslığı, çürümə və görünən zədələnmələrlə nəticələnə bilər.
Ən yaxşısı yeməkdən sonra ən az 30 dəqiqə gözləməkdir ki, tüpürcək ağızın pH səviyyəsini bərpa etsin.
Dırnaq yemək
Çox yayılmış əsəb vərdişi olan dırnaq yemək həm gigiyenik baxımdan zərərlidir, həm də dişlər üçün təhlükəlidir. Dırnaq dişlərə təbii olmayan təzyiq göstərir, bu isə mina zədələnməsi, diş çatları və hətta dişlərin yerindən tərpənməsinə səbəb ola bilər.
Amerikan Dermatologiya Akademiyası tövsiyə edir ki, dırnaqlar duşdan sonra daha yumşaq olduqları vaxtda kəsilsin və tək istiqamətdə pilka ilə formaya salınsın. Bu, həm dırnaqları, həm də dişləri qorumağa kömək edir.
Kənan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
-
Bu qidaları dərmanlarla birlikdə qəbul etmək olmaz
-
Mədəsi ağrıyanların nəzərinə
XƏBƏR LENTİ
-
Azərbaycanda qadınların orta çəkisi kişilərdən çoxdur
-
Azərbaycan XİN Türkiyəni təbrik etdi
-
Azərbaycanda həbsxanalarda 21 uşaq doğulub
-
Sergen Yalçınla türk futbolçular arasında gərginlik - O sözlərinə görə...
-
Ermənistan parlamentində deputatlar arasında yenə dava düşdü - (Video)
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi ADMİU-da - (Video/Foto)
-
Azərbaycanda terror işi üzrə hökm: 8 nəfərə 13 ilədək həbs verildi
-
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb
-
Noyabrın 1-dən bu avtobuslar dəyişir - Gedişhaqqı...
-
Niderlandda ümumölkə karantini tətbiq olundu
-
Masallıda ağır qəza: Ölən var
-
“Aşk-ı Memnu”nun aktyoru peşəsini dəyişdi (Foto)
-
Anası yenidən ailə qurdu, 14 yaşlı qızın həyatı dəyişdi
-
Şəmkirdə usta evdə təmir zamanı öldü
-
Qızıl almaq istəyənlərə vacib xəbər
-
Mourinyo qızının bu fotolarını silməsini tələb etdi - Müzakirə yaradan görüntülər... - (Fotolar)
-
Ermənistan prezidentinin səhhəti pisləşdi
-
Asiya-Sakit okean regionu Azərbaycan turizmini kəşf edir
-
Bakıda azyaşlı faciəvi şəkildə öldü
-
Sabah yeni ombudsman seçiləcək
-
Acun keçmiş arvadı ilə bir arada - (Fotolar)
-
Azərbaycanda bu şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
-
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqladı
-
Xəstəxanaya yerləşdirilən Kompani ilə bağlı xəbər var





