İrəvana axan qanunsuz milyardlar: Bakı nə etməlidir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Ermənistanın xarici ticarət dövriyyəsində kəskin artımlar müşahidə olunur. Rusiya ilə ixracatda və idxalatdakı bu artım ondan xəbər verir ki, Kremlə lazım olan bir sıra məhsullar Ermənistan vasitəsilə reeksport olunur. Bu durumda Avropa İttifaqının, eləcə də ABŞ-ın sanksiyalar fəlsəfəsinə uyğun olaraq Ermənistana qadağalar tətbiq olunmalıdır.
Milli.Az bildirir ki, bu sözləri Axar.az-a iqtisadçı alim, millət vəkili Vüqar Bayramov deyib.
O, süni şəkildə xarici ticarət dövriyyəsində baş verən kəskin artımların Ermənistanın sanksiyalardan yayındığını deməyə əsas verdiyini diqqətə çatdırıb:
"Ermənistana qarşı sanksiyaların tətbiqi məsələsi çox fərqli dairələrdə - Avronest parlamentlərarası iclasında belə müzakirə olundu, xarici ekspertlər tərəfindən xüsusi təqdimat həyata keçirildi. Amma təəssüf ki, Qərbdə rəsmi dairələr bu məsələyə göz yumurlar. Bu da Qərbdə ermənipərəst mövqeyin və ikili standartların olmasından xəbər verir. Faktiki olaraq Qərbin öz standartları ilə Ermənistana sanksiya tətbiq olunmalıdır, əvəzində isə dəstək müşahidə edirik".
Millət vəkili bildirib ki, Azərbaycan QHT-lərinin bununla bağlı ABŞ və AB-nin müvafiq qurumlarına ünvanlandığı müraciət tam şəkildə əsaslandırılıb:
"Burada Ukrayna müharibəsi başladıqdan sonra Ermənistan-Rusiya arasındakı ticarət dövriyyəsində baş verən ciddi dəyişikliklər rəqəmlərlə göstərilib. İllər üzrə ticarət dövriyyəsi ilə bağlı rəqəmlər təsdiq edir ki, Ermənistan reeksport vasitəsilə məhz Rusiyaya beynəlxalq sanksiyalardan yayınmağa şərait yaradır. Təbii ki, məsələ ilə bağlı beynəlxalq ictimaiyyətə əsaslandırılmış mövqeyin təqdim edilməsi mahiyyətcə vacibdir. Bu konteksdən də ümid edək ki, Qərb dairələri bu müraciətə ciddi yanaşacaq, problemli prosesi qərəzsiz öyrənib, Ermənistana qarşı sanksiyaların tətbiqini həyata keçirəcəklər".
Millət vəkilinin sözlərinə görə, bu məsələ Azərbaycan rəsmi olaraq həyata keçirəcəyi iş deyil:
"Əslində bunun vətəndaş cəmiyyəti, ekspertlər, eyni zamanda təbii ki, parlament üzvləri tərəfindən gündəmə gətirilməsi daha məqsəduyğundur. Azərbaycan dövlətinin bu istiqamətdə görə biləcəyi iş çox azdır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
BDYPİ piyadalara çağırış etdi
-
Pünhan Piriyev həmin qalmaqallı VİDEOsundan danışdı
-
Bakıda küləyin sürəti 28 m/s-yə çatdı - FAKTİKİ HAVA
-
Universitetlərdə dərslər bu tarixdə BİTƏCƏK
-
Abituriyentlər üçün son xəbərdarlıq: Qeydiyyat bitir
-
Nikaha hazırlaşanlara VACİB XƏBƏR: Sənədlərlə bağlı problem yarana bilər
XƏBƏR LENTİ
-
Futbolda sarı kart ləğv EDİLİR?
-
Rusiyada Ermənistan istehsalı suyun satışı dayandırıldı
-
BDYPİ piyadalara çağırış etdi
-
"iOS 26.5 Beta 4" istifadəyə verildi - Hansı yeniliklər var?
-
Pünhan Piriyev həmin qalmaqallı VİDEOsundan danışdı
-
Bakıda küləyin sürəti 28 m/s-yə çatdı - FAKTİKİ HAVA
-
Kamaləddin Qafarov: “Azərbaycan-Çexiya tərəfdaşlığında yeni mərhələ başlayır”
-
Universitetlərdə dərslər bu tarixdə BİTƏCƏK
-
Abituriyentlər üçün son xəbərdarlıq: Qeydiyyat bitir
-
Bu dörd BÜRCÜN kişilərinin gözü yalnız arvadlarını görür
-
Nikaha hazırlaşanlara VACİB XƏBƏR: Sənədlərlə bağlı problem yarana bilər
-
ÇL: Yarımfinal mərhələsinə start verilir
-
"Çelsi"nin yeni baş məşqçisi kim olacaq?
-
“Azparkinq”in yeri özəlləşdirilib - İDDİA
-
Rusiyada VPN tətbiqlərinin yüklənməsi 14 dəfə artıb
-
"Real" gənc ulduzu ilə bağlı QƏRAR VERDİ
-
Məşhur aktyordan məyusedici XƏBƏR - FOTO
-
Tikinti materialları və su nasosu Kontakt.az-da - Ev və təmir üçün nə seçək?
-
Tanınmış bloqerin evi YANDI: "Dəhşət idi" - FOTOlar
-
Azərbaycanda 25 min abonentin suyu KƏSİLİR
-
Avtomobil 13 yaşlı uşağı vurdu - ÖLDÜ
-
Təyyarədə körpə doğuldu - FOTO
-
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar - FOTO
-
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər - FOTO





