Rəşad Məciddən vikipedia qalmaqalına reaksiya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Mətbuat Şurası İdarə Heyətinin üzvü Fərid Pərdəşünasın Vikipediya platformasında şəhidlər haqqında yazıların silinməsiylə bağlı həyəcanını bölüşdüyümüzü və qarşı tərəfdən tutarlı əsaslandırmalar gözlədiyimizi bildirmişdim. Qarşı tərəfdən müəyyən qaneedici açıqlamalar gəlsə də, bu həssas mövzu ətrafında müzakirələr səngimədi, əksinə, qarşılıqlı təhqirlərlə davam etdirildi. Prosesin belə məcra alması olduqca məyusedicidir".
Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Rəşad Məcid sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.
R. Məcid texnobloqer Fərid Pərdəşünas və vikipediyaçılar arasında yaşanan şəhid məqalələri qalmaqalına münasibət bildirib.
O, bu mövzuda hər iki tərəfə çağırış edib və tərəfləri təmkinli olmağa səsləyib:
"Fikrimcə, Fərid Pərdəşünas problemlə bağlı narahatlığını bölüşəndən, ictimaiyyətin diqqətinə çatdırandan, bəzi vikipediyaçılaın təəssüf dolu üzrxahlıqlarından sonra müzakirələri səngitməli idi. Qarşı tərəf təmsilçilərinin səsləndirdikləri müəyyən arqumentlər başadüşülən olsa da, Vikipediya inzibatçısı kimi təqdim olunan bəzi şəxslərin fikirləri təəssüf doğurdu. Onların cavablarındakı təkəbbürlü ton, etik çərçivələri aşan, ittiham, nifrət püskürən leksikon, bir budaqda oturub min budağı silkələmək cəhdi, yumşaq desək, cığallıq və problemdən yayınmaq idi. Gənc vikipediyaçıların şəkillərini paylaşıb onların ictimai qəzəbə tuş gəlməsinə rəvac vermək isə birmənalı şəkildə qəbuledilməz addımdır. Unutmayaq ki, neçə illərdən bəri azərbaycandilli Vikipediyanın formalaşmasında və zənginləşməsində, o cümlədən şəhidlərimizlə bağlı məlumatların bu platformada yayılmasında təmənnasız xidmətləri olan şəxsləri bu dalğada ictimai hiddətə hədəf göstərmək təhlükəli fəsadlara yol aça bilər. Bütün bu deyilənləri və yaranmış situasiyanı nəzərə alaraq mən həm Fərid Pərdəşünası, həm də vikipediyaçıları qarşılıqlı ittiham və təhqirləri dayandırmağa, soyuqqanlı şəkildə və təmkinlə problemdən çıxış yolu axtarmağa çağırıram".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - Elza Seyidcahan
-
“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun“ - Könül Kərimova
-
Qubada ağır qəza - üç nəfər xəsarət alıb - (Foto)
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - Yenilənib (Foto)
XƏBƏR LENTİ
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - Elza Seyidcahan
-
İngiltərə Premyer Liqasında "Liverpul" və "Çelsi" xal itirib
-
“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun“ - Könül Kərimova
-
Qubada ağır qəza - üç nəfər xəsarət alıb - (Foto)
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Çində 26 mərtəbəli bina cəmi 120 günə tikildi - (Video)
-
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - Yenilənib (Foto)
-
Yasamalda maşın sərnişin avtobusuna çırpıldı - (Video)
-
Yeni Günəşlidə ilan göründü - (Video)
-
Xəyalə yol hərəkət qaydalarını pozdu - (Foto)
-
Həftənin rəmzi komandası bəlli oldu
-
Kəlbəcərdə kanat yolu və dağ-xizək kompleksinin yaradılması planlaşdırılır - Prezidentin xüsusi nümayəndəsi
-
2040-cı ilin sonunadək Kəlbəcərə 17 min nəfərin köçürülməsi planlaşdırılır - Bəşir Hacıyev
-
Azərbaycanda sabiq nazir vəfat etdi - (Foto)
-
“Bakıda doğulmuşam, Bayıl uşağıyam” - “Qarabağ”ın oyunçusu - (Video)
-
Georgi Baramidze həbs olundu
-
Doğma Kəlbəcərdə olmaq hər birimiz üçün böyük qürur hissidir - Hikmət Hacıyev
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Fransada qatar relsdən çıxdı - Çoxlu sayda yaralılar var





