Ölkə

Kamran Əliyev separatçıların işi ilə bağlı Rusiya mediasına danışdı

5 Sentyabr 2024 11:17
Baxış: 409
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Baş prokuroru Kamran Əliyev Qarabağ separatçıları barəsində başlanmış cinayət işinin təfərrüatlarından danışıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə o, "News.ru" informasiya portalına bildirib.

K.Əliyev xatırladıb ki, istintaq yekunlaşıb və materiallar yaxın vaxtlarda məhkəməyə təqdim olunacaq.

"Həm təqsirləndirilən şəxslər, həm də zərərçəkmişlərlə bağlı cinayət işi materialları ilə tanışlıq prosesi gedir - bilirsiniz ki, bu cinayət işində zərərçəkənlər çoxdur. Bütün istintaq-əməliyyat tədbirləri həyata keçirildikdən sonra iş beynəlxalq normalara və Azərbaycanın cinayət qanunvericiliyinə uyğun olaraq, mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndəriləcək", - Baş prokuror bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.