"Azərbaycan və İtaliya yaxında birgə müəssisələr yaradacaqlar"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan və İtaliya yaxın vaxtlarda müxtəlif sahələrdə birgə müəssisələr yaradacaqlar.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Romada jurnalistlərə İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi bildirib.
"Biz azərbaycanlı həmkarlarımızla özəl sektor nümayəndələrinin iştirakı ilə çox faydalı və səmərəli görüşlər keçirdik. İtaliyanın sahibkarlıq naziri və Azərbaycanın iqtisadiyyat nazirinin iştirakı ilə yüksək səviyyəli dəyirmi masa da nəzərdə tutulub", - deyə o bildirib.
Ticarət Palatasının işindən danışan Traldi qeyd edib ki, qurum Azərbaycana investisiyaların cəlb edilməsinə yönəlib.
"Biz bunu müxtəlif yollarla edirik, Azərbaycanı İtaliyada tanıtmağa çalışırıq, İtaliya şirkətlərindən investisiya cəlb etməyə kömək edə biləcək bütün elementlərdən istifadə edirik. Biz ümidlərimizi Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinə bağlayaraq, hələ 2012-ci ildə İtaliya-Azərbaycan Ticarət Palatasını yaratdıq. Şəxsən mən əmin idim ki, TAP nə vaxtsa reallaşacaq və ölkələrimiz daha da yaxınlaşacaq", - deyə Ticarət Palatasının prezidenti bildirib.
Traldi əlavə edib ki, bir neçə layihə üzərində iş gedir.
"Bu kontekstdə biz Azərbaycanın investisiya şirkətləri, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və İqtisadiyyat Nazirliyi ilə sıx əməkdaşlıq edirik. Hesab edirəm ki, perspektivlər çox böyükdür. Biz Azərbaycanda biznes mühitinə, istehsal mühitinə ən qabaqcıl İtaliya texnologiyalarını gətirəcək birgə müəssisələr yaradacağıq. Bu, iqtisadiyyatın daha da inkişafına və şaxələndirilməsinə töhfə verəcək", - deyə o bildirib.
Ticarət Palatasının prezidenti qeyd edib ki, birgə müəssisələr yaradılarkən sənaye sektoruna, o cümlədən, neft-kimyaya, eləcə də, Azərbaycanın metallurgiya istehsalına və kənd təsərrüfatına üstünlük veriləcək.
"Azərbaycanda kənd təsərrüfatının gələcək inkişafına dəstək verəcək bir neçə layihəmiz var. Bundan əlavə, biz səhiyyə sektorunda, sənaye sektorunda, eləcə də, İtaliyanın innovasiyaya malik olduğu digər sahələrdə yeni layihələr hazırlayırıq. Söhbət qida sənayesi, eləcə də, dəri emalı, ayaqqabı istehsalı və toxuculuq kimi sektorlardan gedir", - deyə o bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
XƏBƏR LENTİ
-
Səhər yeməyində buna diqqət edin!
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)





