AYNA müraciət etdi: “Avtobusdan..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, bir neçə gündür metronun "20 Yanvar" stansiyasının ətrafından Sumqayıt və digər istiqamətlərə hərəkət edən taksilər yığışdırılıb.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Milli.Az-a bildirilib ki, "20 Yanvar" metrostansiyası istiqamətində avtomobillərin pərakəndə və xaotik dayanması, eləcə də paytaxtdan əsasən Sumqayıt şəhəri istiqamətinə hərəkət edən qeyri-müntəzəm avtobuslar Tbilisi prospektinin bu hissəsində günün istənilən saatında ciddi tıxaclara səbəb olurdu və müntəzəm avtobus marşrutlarının fəaliyyətinə maneə yaradırdı:
"Tbilisi prospektinin "20 Yanvar" metro stansiyası istiqamətində xüsusi hərəkət zolağının təşkili ilə ictimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaranıb.
"20 Yanvar" metro stansiyasının yaxınlığından və "Şamaxinka" adlanan ərazidən Xırdalan şəhəri və Masazır qəsəbəsinə müntəzəm avtobus marşrutları fəaliyyət göstərir. Belə ki, bu ərazidən keçməklə Xırdalana 119 və 135, Masazıra isə 525 nömrəli avtobuslar hərəkət edir.
Paytaxtdan Sumqayıt şəhərinə yola düşmək istəyən vətəndaşlar isə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin imkanlarından yararlana bilərlər. Məhz buradan iki şəhərin avtovağzalını birləşdirən komfortlu ekspres avtobuslar 11 dəqiqəlik hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir. Bakı-Sumqayıt şosesində yaradılan xüsusi hərəkət zolağı isə sərnişinlərin rahat və sürətli daşınmasını təmin edir. Təhlillərə əsasən, zolaqla hərəkət edən avtobusların son dayanacağa çatma müddəti 25-30 dəqiqə təşkil edir.
Vətəndaşlar Sumqayıta daha tez çatmaq üçün bir dayanacaq irəli getməklə müasir və komfortlu "Neoplan"larla yola düşə bilərlər".
Qeyd edək ki, ekspres avtobuslarla yanaşı, Bakı-Sumqayıt istiqamətində gündəlik olaraq müntəzəm marşrut xətləri üzrə 21 avtobus da sərnişinlərə xidmət göstərir. Sumqayıt şəhərinin müxtəlif ərazilərindən yola düşən avtobusların son dayanacağı da Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı "Avtovağzal" metro stansiyasıdır. Sərnişinlər avtovağzal ərazisindəki Nəqliyyat Mübadilə Mərkəzindən avtobuslarla Bakının istənilən nöqtəsinə də gedə bilərlər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Ələddin Əliyev vəfat etdi
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Hava ilə bağlı son məlumat
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Millimiz hesabı açdı - (Yenilənib)
-
Ələddin Əliyev vəfat etdi
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Bəhreyn Qran-prisinin qalibi məlum oldu
-
Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Türkiyədə güclü zəlzələ oldu
-
Zidan Ronaldonu müdafiə etdi
-
Vladimir Putin Türkmənistana səfər edəcək
-
Hava ilə bağlı son məlumat
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
İki cüdoçumuz dünya çempionatının 1/8 finalına yüksəldi
-
Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi
-
Məsud Pezeşkian Türkmənistana səfər edəcək
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)
-
"20 ildir millidəyəm, ilk dəfədir utanıram"
-
Avropa çempionatının ikinci günü 5 boksçumuz rinqə çıxacaq
-
Braziliyada prezident seçkiləri keçirilir
-
Merts Ukraynaya elan olunmamış səfər etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)





