Ölkə

Sevil Mikayılova seçicilərlə növbəti görüşlər keçirib - FOTO

30 Avqust 2024 18:46
Baxış: 536
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Məclisə keçirilən seçkilərdə seçki kampaniyasını davam etdirən 58 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa namizəd Sevil Mikayılova seçicilərlə növbəti görüşlər keçirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, deputatlığa namizəd Sevil Mikayılova Çinartala kəndində Hacıyevlər ailəsində olub.

73 yaşlı Zakir Hacıyev ölkəmizdə Prezident Ilham Əliyevin rəhbərliyi altında bütün sahələrdə uğurla aparılan islahatlardan məmnunluq ifadə edib. O, bütöv Azərbaycanda ilk dəfə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcəyindən qürur duyduğunu bildirib.

Daha sonra Sevil Mikayılova seçkiqabağı təşviqat çərçivəsində növbəti görüşünü İstisu qəsəbəsində keçirib.

Seçicilərin böyük maraq göstərdiyi və fəal iştirak etdiyi görüşdə Sevil Mikayılova Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı düşünülmüş daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə əldə etdiyi uğurlardan söz açaraq qeyd edib ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar ölkəmizin sosial-iqtisadi inkişafına, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artmasına, insanların sosial rifahının yaxşılaşmasına xidmət edir.

Görüş zamanı, həmçinin, Sevil Mikayılova deputat kimi fəaliyyəti dövründə gördüyü işlər barəsində seçiciləri ətraflı məlumatlandırıb.

Həmçinin, seçiciləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və onların sualları cavablandırılıb.

Sevil Mikayılova Xudat şəhərində yerləşən Uşaq Gənclər İnkişaf Mərkəzində də olub. Şagirdlərin asudə vaxtlarının səmərəli təşkilini təmin edən məktəbdənkənar müəssisənin mütəmadi uğurları xüsusi qeyd olunub. Azərbaycan dövlətinin daim uşaqların təhsili, təlim-tərbiyəsinə qayğı və diqqətlə yanaşdığı, bu xüsusda məktəbdənkənar müəssisələrin fəaliyyətinin əhəmiyyəti vurğulanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.