Ölkə

5 yaşayış məntəqəsində qaz kəsiləcək - XƏBƏRDARLIQ

24 Avqust 2024 19:31
Baxış: 2 296
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biləsuvar rayonunun 5 yaşayış məntəqəsində qaz kəsiləcək.

Milli.Az xəbər verir ki, rayon ərazisində yerləşən "Ovçubərə" qaz paylayıcı stansiyadan qidalanan Əsgərabad kəndi istiqamətində yeraltı polietilen qaz kəmərinin kipliyə yoxlanılması üçün Ovçubərə, Amankənd, Dəvrişli, Aşağı Cürəli və Əsgərabad kəndlərinin ümumilikdə 2 200 abonentinin təbii qaz təchizatının 27 avqust tarixdə saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.