Bakıda hamilələri bu səbəbdən doğum evinə buraxmırlar?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün qohumumuz uşaq dünyaya gətirib. Xəstəxananın qapısından qadını içəri buraxmırdılar ki, nikah kağızı olmasa, doğuma ala bilmərik. Kağızı güc-bəla ilə evdən tapıb, şəklini çəkdirib atıblar, sonra xəstəni qəbul ediblər.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, belə bir paylaşım sosial şəbəkədə paylaşılıb.
Vətəndaş: "Qanunvericilikdə belə bir maddə var, yoxsa xəstəxananın özünün qoyduğu "qanun"dur?" - sualını verib və qeyd edib ki, söhbət Bakıxanov qəsəbəsindəki 2 nömrəli doğum evindən gedir.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlanıb. Qurumun Mətbuat Xidmətindən Oxu.az-ın sorğusuna cavab olaraq belə bir halın yaşanmadığı diqqətə çatdırılıb.
"Tabeliyimizdə olan tibb müəssisəsindən bildirilib ki, onlarda nə bu günlərdə, nə də yaxın tarix ərzində belə bir hal yaşanıb, onlar heç kimdən nikah şəhadətnaməsi tələb etmirlər, xüsusən də xidmət təcili tələb olunursa. Hətta ağır vəziyyətdə, huşu üstündə olmayan xəstədən şəxsiyyət vəsiqəsi belə tələb olunmur, ona ilk növbədə tibbi xidmət göstərilir. Daha sonra sığorta ilə onu qarşılamaq üçün şəxsiyyət vəsiqəsi istənilir.
Hər bir vətəndaşın sağlamlığının qorunması üçün tibb müəssisəsinə maneəsiz müraciət etmək hüququ var. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ var. Bu hüquq qanunvericiliklə nəzərdə tutulmamış hər hansı bir sənədin tələb edilməsi ilə müşayiət olunmur və bu səbəbdən vətəndaşdan tibbi xidmətin göstərilməsi müqabilində nikah haqqında şəhadətnamənin istənilməsi qanunauyğun deyil. Qeyd edək ki, vətəndaş tibbi xidmət almaq və icbari tibbi sığortadan yararlanmaq üçün şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir", - deyə açıqlamada bildirilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Hüseyn Məmmədova yeni VƏZİFƏ verildi
-
Sənan Əsədzadə saxlanıldı
-
"Məni küftə-bozbaş verdiyiniz toya çağırmayın" - Vüqar
-
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
-
Mələkxanım Eyubova gəlini ilə - FOTO
-
Məcburi evdən çıxarma və məcburi köç hallarının monitorinqi üçün daimi çoxtərəfli mexanizmlər yaradılmalıdır - WUF13-ün yekun sənədi
XƏBƏR LENTİ
-
"Bizə olan hörmətsizlik qəbuledilməzdir" - Dambrauskas
-
Hüseyn Məmmədova yeni VƏZİFƏ verildi
-
Aziz Yıldırımın 64.000 tutumlu yeni stadion layihəsi bəlli oldu
-
Sənan Əsədzadə saxlanıldı
-
Qvardiola “Mançester Siti”dən ayrılır
-
Yaşıl tərəvəz şirələri həqiqətən detoks effekti yaradır?
-
"Real Madrid" Arda barədə QƏRARINI VERDİ
-
"Məni küftə-bozbaş verdiyiniz toya çağırmayın" - Vüqar
-
“Mingəçevir” pley-off-da
-
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
-
Mələkxanım Eyubova gəlini ilə - FOTO
-
İlk dəfə “Qarabağ”ın heyətində meydana çıxacaqlar
-
Santyaqo Penya Prezident İlham Əliyevi təbrik edib
-
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
Kim Çen In Prezident İlham Əliyevi təbrik edib
-
Məcburi evdən çıxarma və məcburi köç hallarının monitorinqi üçün daimi çoxtərəfli mexanizmlər yaradılmalıdır - WUF13-ün yekun sənədi
-
Bəhreynin Kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
UFC prezidenti Dana Uaytdan Azərbaycan azarkeşlərinə xüsusi çağırış: "Bakı, hazır olun!"
-
Şeyx Mansur bin Zayed Al Nəhyan Prezident İlham Əliyevi təbrik edib
-
Şeyx Məhəmməd bin Raşid Al Maktum Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
BƏƏ Prezidenti İlham Əliyevi təbrik edib
-
Paşinyan, Köçəryan və Karapetyanın reytinqi açıqlandı
-
Sərvəti 1 milyardı keçdi
-
Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab





