DYP-dən hərəkət iştirakçılarına müraciət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yol qəzalarında ağır nəticələrə səbəb olan hallardan biri də sürücülərin hava və yol şəraitini, nəqliyyatın hərəkət şiddətini, məhdudiyyətli görünməni, sutkanın işıqlı, yaxud qaranlıq olmasının fərqinə varmadan nəqliyyat vasitəsini yolun hərəkət hissəsində saxlamasıdır. Bu səbəbdən məhz yolun hərəkət hissəsində avtomobildən düşməyə məcbur olan sürücü, təəssüf ki, özü ilə yanaşı sərnişinləri və digər hərəkət iştirakçılarını təhlükəyə atmış olur.
Milli.Az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir.
"Təəssüf ki, belə faciəvi hadisə növbəti dəfə yaşanıb. Ötən gün gecə saat 3 radələrində Bakı-Qazax avtomobil yolunun Navahi kəndi ərazisindən keçən hissəsində Nizami Binnətov idarə etdiyi "DAF" markalı yük avtomobili ilə təkərində yaranmış nasazlıq səbəbindən yol kənarında dayanmış Orxan Həsənova məxsus "Hyundai" markalı avtomobili və həmin avtomobildən düşən sərnişin - Ağcabədi rayon sakini Nahid Səfərovu vurub. Qəza nəticəsində sonunçu hadisə yerində həyatını itirib", - məlumatda deyilir.
Baş Dövlət Yol Polisi İdarəsi göstərilən səbəblərdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini əhalinin diqqətə çatdırır və bir daha hərəkət iştirakçılarına müraciət edərək nəqliyyat vasitələrinə minib-düşərkən, eləcə də nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində dayanması və ya durması hallarında qanunla tələb olunan qaydalara əməl etməyi, özlərinin və başqalarının həyat və sağlamlığına etinasız yanaşmamağı xahiş edir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
Azərbaycan Qran-prisi: Formula 2 üzrə sonuncu əsas yarış start götürdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
-
Prezident İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
-
Bu gün "Formula 1"in qalibi bəlli olacaq
-
Prezident İlham Əliyev: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir
-
Prezident İlham Əliyev: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var
-
Prezident İlham Əliyev: Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər
-
Pezeşkian Tramp ilə görüşün şərtini açıqladı





