Milli Məclisdə 89 yaşlı deputat: Hamı ondan danışacaq - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə sayılı günlər qalıb. Namizədliyi qeydə alınmış şəxslər 2 gün sonra təbliğat-təşviqat kampaniyasına başlayacaqlar. 21 gün sonra isə, seçicilərə düşünmək üçün 24 saat vaxt veriləcək və bununla da ölkənin həyatında daha bir mühüm kampaniya geridə qalmış olacaq.
Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, seçkinin birinci mərhələsi maraqlı nüanslarla yadda qalıb. Hakim Yeni Azərbaycan Partiyasının 125 seçki dairəsi üzrə irəli sürdüyü namizədlərin hər biri müvafiq DSK-lar tərəfindən qeydə alınıb. Bununla paralel olaraq, Müsavat, ReAl, KXCP, ADP, Ümid kimi aparıcı müxalifət partiyalarının da üst-üstə 100-dən artıq namizədliyi qeydiyyata alınıb.
Məlum olduğu kimi, bu dəfəki parlament seçkilərində də, hakimiyyət və müxalifət təmsilçiləri ilə yanaşı, bitərəflər də deputat mandatı uğrunda mübarizə aparır. Onların arasında kifayət qədər tanınmış ictimai-siyasi xadimlər, sabiq millət vəkilləri də var.
Həmin şəxslərdən biri - akademik Ziyad Səmədzadə növbəti dəfə namizədliyini irəli sürüb. 84 yaşlı Ziyad Səmədzadənin yenidən seçki mübarizəsinə qoşulması müzakirəsiz ötüşməyib.
Qeyd edək ki, Ziyad Səmədzadə üçüncü, dördüncü, beşinci və altıncı çağırışda Milli Məclisin deputatı olub. O, parlamentin İqtisadi-siyasət, Sənayə və sahibkarlıq komitəsinin, həmçinin Əmək və sosial siyasət komitəsinin üzvüdür.
Ziyad Səmədzadə 2020-ci ildə keçirilən parlament seçkilərində olduğu kimi, bu dəfə də namizədliyini 23 saylı Nəsimi-Səbail seçki dairəsindən irəli sürüb.
Ziyad Səmədzadə sentyabrın 1-də deputat seçiləcəyi və 5 illik müddəti sağ-salamat başa vuracağı təqdirdə, Milli Məclisin tarixində ən yaşlı deputat kimi qalacaq. Həmin vaxt akademikin 89 yaşı olacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Yalan danışanlar özlərini bu cümlələrlə ələ verir
-
Avroviziya təmsilçimiz hovuzdan yarı çılpaq fotosunu yaydı
-
Tarkan xanımı və qızı ilə (Foto)
-
Məşhur cütlük Hazal Kaya və Ali Atay Türkiyəni tərk edir (Foto)
-
Nuranə Abdulkərimova vəfat etdi
-
Gəncədə baş vermiş kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan açıqlama - yenilənib
XƏBƏR LENTİ
-
Hansı kresloda əyləşərdiniz? Seçiminiz özgüvəninizi ifşa edir
-
Topa başla vurmaq beyində dəyişiklik yaradır
-
Yalan danışanlar özlərini bu cümlələrlə ələ verir
-
Paltaryuyan maşındakı "kəpənək" işarəsi bu imiş...
-
Kartofun ziyanı da varmış...
-
Avroviziya təmsilçimiz hovuzdan yarı çılpaq fotosunu yaydı
-
Soğanın faydaları: Hər gün istifadə etməyiniz üçün 7 vacib səbəb
-
Tarkan xanımı və qızı ilə (Foto)
-
İranın hücumu nəticəsində ABŞ-ın 6 əsgəri öldü, 60-ı yaralandı
-
Məşhur cütlük Hazal Kaya və Ali Atay Türkiyəni tərk edir (Foto)
-
Nuranə Abdulkərimova vəfat etdi
-
Yusif Dursunov Avropa çempionu oldu
-
Günün qoroskopu: Bu gün ünsiyyət sizin üçün əsas vasitə olacaq
-
Gəncədə baş vermiş kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan açıqlama - yenilənib
-
Bakıda yaşayış binasında yanğın olub (Video)
-
Füzulidə minalanmış ərazidə yanğın baş verib
-
Qarabağda əməkdaşlıq təməli: Slovakiya Prezidentinin Azərbaycana səfəri və "ağıllı kənd" layihəsi
-
11 yaşlı uşaq çaya düşdü Yenilənib
-
Şuşa Qlobal Media Forumunun iştirakçıları Şuşanın Qarabağ küçəsi ilə tanış olublar (Foto)
-
Evdə zibil qabını qətiyyən bu 5 yerə qoymayın
-
Burak Özçivitin artıq çəkisi diqqət çəkdi (Foto)
-
Kral III Çarlzın səhər yeməyi seçimi
-
Kürdəmirdə boru partladı - 6 kənd susuz qaldı
-
Çimərlikdə boğulan Rəşadın (Fotosu)





