Ölkə

Neçə nəfərin deputatlığa namizədliyi qeydə alındı? - Son rəqəm

31 İyul 2024 10:44
Baxış: 713
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İndiyə qədər deputatlığa namizədliyi qeydə alınan namizədlərin sayı açıqlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

"İndiyə qədər 390-a yaxın deputatlığa namizədi qeydə alınıb", - o deyib.

MSK sədri qeyd edib ki, Azərbaycanda dövlət qeydiyyatına alınan 26 partiyadan 25-i seçkilərdə iştirak edir.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.