Ölkə

Azərbaycan bizim ölkələrin koloniya vəziyyətini anlayaraq, cəsarətli addım atır - Baş katib

17 İyul 2024 10:50
Baxış: 1 271
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan bizim ölkələrin koloniya vəziyyətini anlayaraq, cəsarətli addım atır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin Baş katibi Jan-Jakob Bisep Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan şəxslərin iştirakı ilə Bakıda birinci Qurultayında çıxışı zamanı deyib.

"Bu konfrans göstərir ki, bizim əməkdaşlığımıza dəyər verilir. Azərbaycan bizə fürsət verir ki, problemimizi bu platformada dilə gətirək. Bu konqres tarixi xarakter daşıyır. Konqres bizim beynəlxalq səviyyədə gücümüzü artırır. Bizim məqsədimiz Fransadan bunun hesabını soruşmaq və dünyanın diqqətini buna yönəltməkdir. Həmrəyliyimizi möhkəmləndirmək üçün daha qüvvətli çalışacağıq. Fransa koloniyalara qarşı cinayət törədən bir ölkədir. Dünyanın diqqətini buna çəkməliyik ki, Fransa etdiklərinin hesabını versin.

Biz ədalət və azadlıq uğrunda mübarizə aparırıq",-deyə o bildirib.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.

Bakı Təşəbbüs Qrupu tərəfindən artıq 15-yə yaxın beynəlxalq konfrans təşkil edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.