Bakıda 10 günlük “karantin” olacaq? - VACİB AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) üçün ölkəmizdə hazırlıq işləri görülür.
Paytaxtın bir çox ərazilərində yollarda təmir işləri aparılır. Əsasən, mərkəzi ərazilərdə görülən işlərlə əlaqədar nəqliyyat vasitələrinin hərəkətində də məhdudiyyətlər tətbiq olunur.
Qeyri-rəsmi məlumatlara görə, noyabrda 10 günlük məhdudlaşdırıcı tədbirlər də həyata keçirilə bilər. Belə ki, paytaxtda mötəbər tədbirlə bağlı 10 günlük yalnız zəruri xidmət sahələrində fəaliyyətə icazə veriləcəyi bildirilir.
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Ölkə.Az-a danışan Əmək Hüquqlarının Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquq müdafiəçisi Sahib Məmmədov deyib ki, müəyyən məhdudlaşdırıcı tədbirlərin olması gözləniləndir:
"COP29-un Təşkilat Komitəsi hər dəfə iclas keçirəndə bu barədə ictimaiyyətə məlumat verir. Əgər belə bir müzakirə olsaydı, yəqin ki, məlumat verilərdi. Belə bir qərarın olub-olmaması barədə məlumatsızam. Amma böyük tədbir dövründə müəyyən məhdudiyyətlərin olması da qaçılmazdır. Bu nə dərəcədə əhatəli olacaq, iş yerləri bağlanacaq, yaxud yalnız xidmət və həyatı təmin edəcək iş yerlərinin fəaliyyətinə icazə veriləcəyi fikri ilə o qədər də razı deyiləm. Müəyyən məhdudiyyətlər ola bilər. Nəqliyyatın hərəkətində müəyyən dəyişikliklər ola, bəzi küçələr bağlana bilər. Dərs vaxtına düşürsə, müəyyən tətillər verilə bilər. Bunlar sadəcə ehtimallardır. Məndə heç bir məlumat yoxdur. Bütövlükdə böyük tədbirlər keçirilərkən belə məhdudiyyətlər olur. Məsələn, bu yaxınlarda G7 ölkələri toplaşmışdı. Həmin tədbirin keçirildiyi şəhər demək olar ki, iflic vəziyyətinə salınmışdı. Yaxud da İkinci Dünya müharibəsində ikinci cəbhənin açılması münasibətilə keçirilən tədbirdə Fransada bir şəhər tamamilə bağlanmışdı. Belə hallar olur. Böyük tədbirlərin keçirildiyi şəhərlərdə məhdudiyyətlər həyata keçirilir və bizdə də mütləq olacaq. Amma onun xarakteri, dərəcəsi, nələri əhatə edəcəyini tam demək olmur. İşlərin dayandırılacağı barədə dəqiq məlumatım yoxdur. Müəyyən ərazilərdə nəsə ola bilər, amma bu məhdudlaşdırıcı tədbirlər paytaxtın bütün ərazilərini əhatə etməyəcək. Düşünürəm ki, məsələn, Bakının Yasamal rayonunda və ya digər rayonlarda tədbir dövründə həyat adi qaydada davam edəcək".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Röyanın illər əvvəl atası ilə təsirli dialoqu kövrəltdi - (Video)
-
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” - (Video)
-
Bazar gününün havası açıqlandı
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Aparıcı “palatka biznesi” ilə bağlı şok sirri açdı - (Video)
-
Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı
XƏBƏR LENTİ
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Röyanın illər əvvəl atası ilə təsirli dialoqu kövrəltdi - (Video)
-
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” - (Video)
-
Tramp onu hava limanında şəxsən qarşılayacaq
-
Bazar gününün havası açıqlandı
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Aparıcı “palatka biznesi” ilə bağlı şok sirri açdı - (Video)
-
Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı
-
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - (Video)
-
Serxio Ramos: "Ardaya kifayət qədər şansı verilsə, onu keçə bilər"
-
Rusiyada ayılara görə komendant saatı tətbiq edildi
-
Hərbçimizlə erməni qadın arasında dialoq - (Video)
-
Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı
-
Elgizin görüntüsü viral oldu – (Video)
-
Tural İsmayılov yeni vəzifəyə təyin olundu
-
Elşad Namazov vəzifəsindən getdi
-
"Volkswagen" 200 mindən çox avtomobili geri çağırır – SƏBƏB
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
"Qarabağ"ın 5 legioneri milli komandalarına çağırıldı
-
Tramp üçüncü prezidentlik dövründə əldə etdiyi 25 nailiyyət - Siyahı - (Foto)
-
Bakıda qadına 12 bıçaq zərbəsi vuruldu: 17 yaşlı oğlu tutuldu
-
Bu xanıma yüksək vəzifə verildi
-
On beş milyon azadlıq mərmisi
-
"Həmin oğlan uşaqlarının valideynini “öldürmək” istəyirəm" - (Video)





