Bağ evlərinin gündən-günə bahalaşmasının SƏBƏBİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yay mövsümünün başlanması ilə paytaxt Bakıda və istirahət zonalarında evlərin günlük və aylıq kirayə qiymətləri bahalaşıb. Qiymətlər bahalaşsa da demək olar ki, boş ev tapmaq mümkün deyil. Bunun səbəbi nədir?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Anar Nəsirov Lent.az-a açıqlamasında bildirib ki, hazırda Bakı şəhəri, ətraf qəsəbələr və dənizə nisbətən yaxın ərazilərdə günlük və aylıq kirayə qiymətlərində artım qeydə alınır.
Onun sözlərinə görə, bundan başqa qiymətlərin qalxmasına baxmayaraq, boş ev tapmaq çox çətindir:
"Baxmayaraq ki, paytaxt sakinləri yay aylarını rayonlarda və istirahət zonalarında keçirməyə üstünlük verirlər. Amma yenə də bu yay aylarında günlük və aylıq kirayə mənzil bazarında ciddi mənzil çatışmazlığı qeydə alınır. Kirayə mənzil bazarına təsir edən əsas amillərdən biri istirahət və gəzinti üçün Azərbaycanı seçən əcnəbi turistlərdir. Əcnəbi turistlərin istirahət və gəzinti üçün Azərbaycanı seçmələrinin əsas səbəblərindən biri də ölkəmizdə özlərini daha təhlükəsiz və rahat hiss etmələridir. Məhz bu səbəbdən Azərbaycana üz tutan turistlərin sayında artım qeydə alınır. Ümumiyyətlə, təkrar kirayə mənzil bazarında son 3-4 ildə sıxlıq və mənzil çatışmazlığı müşahidə olunur. Çünki paytaxt Bakının mərkəzi hissələrində pilot layihə kimi baş tutan söküntülərin də kirayə mənzil bazarına böyük təsiri var. Belə ki, tikintini aparan şirkət sökülən həyət və binalarda yaşayan sakinləri evləri tikilib başa çatana qədər kirayə mənzillərlə təmin edir. Belə olan halda deməli bir mənzil ən az 3 il təkrar kirayə mənzil bazarına çıxarılmır. Düşünürəm ki, mənzil çatışmazlığı avqust ayının ortalarından başlayaraq daha da pik həddə çatacaq. Çünki yeni dərs ilinin başlaması bu prosesi sürətləndirəcək".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
-
Bakının bu ərazisində işıq kəsiləcək
-
Kamaləddin Qafarov: Bu Zəfər milli iradənin təntənəsi idi
-
Millətlər Liqası: Ronaldusuz Portuqaliya 1/4 finalda!
-
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi





