Ölkə

Vüsal Məsiyev yeni vəzifəyə təyin edildi

5 İyul 2024 10:23
Baxış: 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İcbari Sığorta Bürosuna yeni icraçı direktor təyin edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, İSB-nin Himayəçilər Şurasının qərarı ilə Vüsal Məsiyev qurumun yeni icraçı direktoru təyin edilib.

V. Məsiyev bu vəzifədə Rəşad Əhmədovu əvəz edib.

V.Məsiyev vaxtilə İSB-nin Baş İnformasiya Meneceri vəzifəsində çalışıb, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə (DOST) məxsus "DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi" MMC-də direktor müavini, Dövlət Məşgulluq Xidmətində İdarə Heyəti sədrinin müşaviri, "Sybernet" MMC-də Texniki direktor işləyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.