Ölkə

Seysmoloqdan Azərbaycanla bağlı proqnoz - Bu il...

5 İyul 2024 07:22
Baxış: 1 881
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ötən il və bu il ayrı-ayrı yerlərdə hiss olunan zəlzələlər baş verib. 2024-cü il də seysmik və tektonik baxımdan mürəkkəb il olacaq".

Milli.Az bildirir ki, bu sözləri "Xəzər Xəbər"ə məsahibəsində seysmoloq Qulam Babayev deyib.

Seysmoloq bildirib ki, Xəzər dənizində bir neçə hiss olunan təkanlar qeydə alınıb və bu digər ərazilərdə də müşahidə oluna bilər.

Məsələ ilə bağlı Seysmoloji Xidmət Mərkəzindən "Xəzər Xəbər"ə bildirilib ki, Azərbaycan ərazisi seysmik bölgə olduğundan vaxtaşırı hiss edilən zəlzələlər baş verir.

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycanın cənub bölgəsində 5 maqnitudada qeydə alınmış zəlzələ altı rayonda 4 bal gücündə hiss olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.