Ölkə

Abşeron çimərliklərində balıqların kütləvi tələf olunmasına rəsmi cavab

9 İyul 2024 08:12
Baxış: 2 083
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeron çimərliklərində balıqlar kütləvi tələf olur. Dəniz sahillərində minlərlə ölü balıq qalaqlanıb.

Xezerxeber.az xəbər verir ki, görüntülər Hövsan və Türkan çimərliklərindəndir.

Professor Mehman Axundov deyir ki, balıqlar kürütökmə mövsümü ilə əlaqədar sahilyanı akvatoriyalara üz tuturlar. Dayaz akvatoriyalarda temperatur daha tez yüksəldiyindən və su isindiyindən balıqların kütləvi ölümünə səbəb olur.

Müsahibimiz bildirir ki, balıqların vətəndaşların üz tutduqları yerlərdə tələf olması həmin ərazidə çimən sakinlər üçün təhlükə yaradır.

Sakinlər də mövcud vəziyyətdən narahat olduqlarını bildirirlər.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilərək  sudan və tələf olmuş balıqlardan nümunələr götürülüb.

Balıqların kütləvi tələf olması ilə bağlı araşdırmalar davam etdirilir.

---------

07.07.2024

Xəzərin Hövsan və Türkan sahillərində balıqların kütləvi ölümü qeydə alınıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Balıqların ölüm səbəbi məlum deyil.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.