Ölkə

Hacıqabulda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

5 Oktyabr 2024 23:30
Baxış: 350
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hacıqabulda yol qəzası zamanı bir ailənin üç üzvü xəsarət alıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə Hacıqabul şəhərində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində şəhərin İ.Qayıbov küçəsində yaşayan bir ailənin üç üzvü - 1965-ci il təvəllüdlü Əhədova Qızılgül Şəmsəddin qızı, onun nəvəsi, 2016-cı il təvəllüdlü Əhədova Qızılgül Ərşad qızı və 1986-cı il təvəllüdlü Əhədova Xəyalə Azad qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.