Ölkə

Seçicinin səsvermə hüququ mütləq təmin edilməlidir - Məzahir Pənahov

2 İyul 2024 17:00
Baxış: 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biz onsuz da seçici siyahılarının dəqiqləşməsi ilə bağlı məsələləri daim aparırıq. Sadəcə müəyyən müddətdə orda dəyişiklik aparmaq hüququ var.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, 35 gün qalmışa qədər siyahılar asılmalıdır, 25 gün qalmışa qədər də yoxlanmalıdır və düzəlişlər əlavə edilməlidir.

"Dairələrlə əlaqə saxlayın və düzəlişlər varsa, bildirsinlər. Maksimum çalışmalıyıq ki, seçicilərimiz hamısı seçici siyahısına düşsünlər. Biz hər zaman ciddi vurğulayırıq ki, seçicinin səsvermə hüququ mütləq təmin edilməlidir", - deyə o əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.