Kriminal

"Qətli mən törətmişəm" - Əhməd ilk dəfə DANIŞDI - YENİLƏNİB

4 İyul 2024 13:22
Baxış: 4 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Evdə atamla ikimiz idik. Birdən ağlıma gəldi ki, onu öldürüm. Mətbəxdən bıçağı götürüb bir neçə zərbə vurdum. Öldükdən sonra  onun avtomobilinin açarını götürüb aşağı düşdüm. Maşına əyləşib birbaş Suraxanıda yaşayan bacım Elmiranın evinə getdim. Elmira qapını açan kimi əlimdəki bıçaqla onu da öldürdüm. Bacımın azyaşlı uşağını da öldürmək fikrində idim. Hadisəni törətdikdən sonra bıçaqları meyitlərin yanına atıb öz evimizə qayıtdım. Ürəyim siqaret istədi deyə, mağazaya getdim. Amma satıcı əlim qan olduğu üçün vermədi".

Milli.Az musavat.com-a istinadən bildirir ki, İkisi azyaşlı olmaqla, ailəsinin beş üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun məhkəməsi davam edib.

--------------

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.

Metbuat.az-ın məlumatına görə, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Daha sonra dövlət ittihamçısı Əhməd Əhmədovun anlaqsız olması barədə ekspertiza rəyini açıqlayıb.

Məhkəmədə hakimin suallarını cavablandıran Əhməd Əhmədov bildirib ki, qətl hadisəsini özü törədib və özünü ittihamlarda təqsirli bilir: "Qətli mən törətmişəm. İttihamları qəbul edirəm. İfadə vermək istəmirəm".

Qeyd edək ki, Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin "Respublika Psixiatriya Xəstəxənası" publik hüquqi şəxsinə yerləşdirilib.

İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

------

13:03

Ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Milli.Az unikal-a istinadən xəbər verir ki,  proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.