Pensiyalarda artım olacaq - Deputat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dürüstləşmiş büdcədə əsas prioritet istiqamətlər təhlükəsizlik, Qarabağ və Şərqi Zəngəzurun bərpasına yönəldilən xərclərdir. Bu, vacib məsələdir. Çünki Ermənistanla sülh müqaviləsi imzalanmayıb. Bu ölkəni müxtəlif yollarla şirnikləndirərək yenidən vəziyyəti gərginləşdirmək, sərhəddə pozuculuq etmək, sülh müqaviləsindən yayındırmaq istəyən qüvvələr var. Bu xüsusda Fransa prezidenti özünün şeytan ampulasındadır. Bölgədə Rusiya, ABŞ, Fransa və Avropa İttifaqı arasında gərginlik qalmaqdadır. Ona görə də, Azərbaycan öz təhlükəsizliyinə böyük önəm verməlidir. Məhz dürüstləşmiş büdcənin də bir hissəsi hərbi və təhlükəsizlik xərclərinə yönəlib.
Bunu teleqraf.com-a VI çağırış Milli Məclisin deputatı olmuş Musa Quliyev deyib.
O qeyd edib ki, dürüstləşmiş büdcənin digər bir qismi isə Qarabağ və Şərqi Zəngəzurda gedən işlərin daha da sürətləndirilməsi, miqyasının genişləndirilməsi və keçmiş məcburi köçkünlərin öz yerlərinə qayıtmasına istiqamətlənib:
"Ötən ilin sonunda büdcə layihəsi qəbul edilərkən bu ilin axırına 20 min keçmiş məcburi köçkünün geri qayıtması nəzərdə tutulurdusa, indi 25 min nəfərin öz yurd-yuvasına qayıdışı planlaşdırılır".
Musa Quliyev Sosial Müdafiə Fondu ilə İşsizlikdən Müdafiə Fondunun büdcəsində olan artımlara da aydınlıq gətirib:
"Bu artımlar əmək haqqlarının yüksəlməsi ilə əlaqəlidir. Ötən ilin sonunda ölkə üzrə orta aylıq əməkhaqqı 930 manat olmuşdu. Proqnozlaşdırılırdı ki, bu ilin sonuna bu rəqəm 980 manata qədər yüksələcək. İlin birinci rübündə ölkənin sosial-iqtisadi inkişaf templərinin və meyllərinin təhlili göstərdi ki, ilin sonuna bu rəqəm 990 manat olacaq. Məhz 10 manatlıq artımdan irəli gələrək sığorta haqqlarında da artım qeydə alınıb. Beləliklə. İşsizlikdən Sığorta Fondunun gəlirləri ilə yanaşı, DSMF-nin gəlirlərində 0,4 faiz artım qeydə alınacaq. 190 milyon manat isə qeyri-büdcə sektorunda çalışanların sosial sığorta haqqlarında artım olacaq. Bu artımın isə bir hissəsi dövlət büdcəsindən gələn transfertin azaldılmasına yönəldiləcək".
Musa Quliyev bildirib ki, DSMF-nin maliyyə mənbələrindən biri də dövlət büdcəsi və yaxud Dövlət Neft Fondudur:
"DSMF-nin məqsədlərindən biri odur ki, getdikcə dövlət büdcəsindən edilən transfertləri azaltsın. Beləliklə, ancaq öz qazancları hesabına sosial müdafiə xərclərini təmin etsin. Ona görə də, 160 milyon manat yenidən büdcəyə qaytarılır. Yerdə qalan 30 milyon manatlıq artım isə pensiyaların cüzi də olsa artımı üçün nəzərdə tutulub. Gələn ildən isə pensiya və müavinətlərdə artım olacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Qızıl top" mükafatına namizədlərin tam siyahısı müəyyənləşib
-
"Şəki Yaylası" istirahət mərkəzində ölənlərin adları bilindi - Yenilənib - (Video)
-
“Ağır günündə yanında oldum, amma anam öləndə zəng də vurmadı” - Elgiz Əkbər
-
Nazim Hüseynliyə ağır itki
-
ABŞ rəsmiləri ilə Azərbaycan-Ermənistan sülh prosesi və TRIPP müzakirə olunub - (Foto)
-
Suraxanıda 14 kq narkotik aşkarlanıb
-
Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Yenilənib
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olundu - (Video)
-
Bədavi Hüseynovla müsahibə: "Qarabağ" təslim olmamaq nümunəsidir"
-
Güclü yağış altında ikili yubiley – III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalı belə başladı - (Foto)
-
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
-
Naxçıvandakı pensiyaçılara şad xəbər
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)
-
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
-
Anar Əsədli barəsində qərar verildi
-
Motoxuliqanlıq edən 30 sürücü saxlanıldı
-
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
-
"Kəpəz" - "Qəbələ" oyunu 1 dəqiqəlik sükutla başlayacaq
-
İran var gücü ilə özünü müdafiə edəcək
-
Toyda arvadına kilolarla qızıl taxan fenomen həbs edildi
-
6 milyon manatdan çox ƏDV qaytarılıb
-
Ali Məhkəmədən onlayn kreditlərlə bağlı mühüm açıqlama
-
“Qızıl top”u özümə verərdim” - Mbappe
-
Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq





