Ölkə

BMT Cenevrə Ofisinin rəhbəri Azərbaycana səfər edib

4 İyul 2024 18:04
Baxış: 458
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkəmizə səfəri çərçivəsində BMT-nin Cenevrədəki Ofisinin Baş direktoru Tatyana Valovaya Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşüb.

Görüşdə Heydər Əliyev Fondu ilə BMT arasında gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, COP29 çərçivəsində iki qurumun birgə fəaliyyətinə dair layihələr müzakirə edilib.  

Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un dünyada ekoloji problemlərin həlli baxımından uğurlu nəticələr verəcəyinə, bu tədbirin bəşəriyyət üçün yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirmək, planetimizin gələcəyi üçün müsbət nəticələr əldə etmək istiqamətində növbəti addım olacağına əminlik ifadə olunub.

Qonaq daha sonra Heydər Əliyev Mərkəzində nümayiş etdirilən sərgilərlə tanış olub.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.