Ölkə

Zavod direktoru yenidən cərimələndi

4 İyul 2024 19:00
Baxış: 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azerkimya" İstehsalat Birliyinin "Etilen-polietilen" zavodunun direktoru Oqtay Niftəliyevə cərimə protokolu tərtib edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb zavod direktorunun əməkdaşlardan birinin əmək müqaviləsinə qanunsuz xitam verməsi bildirilib.

Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) bunu əsas götürərək Oqtay Niftəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə cərimə protokolu tərtib edib.

Qeyd edək ki, həmin qanun pozuntusuna görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, ötən il Dövlət Ekoloji Təhlükəsizlik Xidməti zavoddan tullantı sularının su hövzəsinə axıdıldığına görə O.Niftəliyevi cərimələmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.