Ölkə

Viktor Orban Azərbaycana səfər edəcək

4 İyul 2024 18:46
Baxış: 552
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Macarıstan Baş naziri Viktor Orban iyulun 5-6-da Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın baş nazirinin mətbuat katibi Zoltan Kovaç "X" sosial şəbəkə hesabında yazıb.

"Sammitdə əsas diqqət nəqliyyat, əlaqə və iqlim siyasəti vasitəsilə davamlı gələcəyin qurulmasına yönəldiləcək. Baş nazir Orban türkiyəli tərəfdaş dövlətlərin liderləri ilə ikitərəfli danışıqlarda da iştirak edəcək", - Kovaç yazıb.

Qeyd edək ki, iyulun 6-da Şuşada qeyri-rəsmi TDT sammiti keçiriləcək.

"Nəqliyyat bağlantısı və İqlim Fəaliyyəti vasitəsilə Davamlı Gələcəyin qurulması" mövzusu ilə keçiriləcək sammit təşkilatın əsas məsələləri və gündəliyi üzrə yüksək səviyyəli müzakirələr üçün platforma rolunu oynayacaq.

İclasın sonunda Qarabağ Bəyannaməsinin, eləcə də bir sıra digər mühüm sənədlərin imzalanması gözlənilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.