Ölkə

Parklanma yerini ödəniş etmədən tərk edənlərin cəzası... - VİDEO

27 İyun 2024 14:46
Baxış: 774
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ödəniş etmədən parklanma yerlərini tərk edən sürücülər üçün cərimələr artırılacaq, həmçinin onlar inzibati məsuliyyətə cəlb ediləcək. Məsələ ilə bağlı Milli Məclisdə aparılan müzakirələr məhz bu istiqamətdədir. Hələlik bununla bağlı rəsmi qərar yoxdur.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sürücülər deyir ki, qaydaların sərtləşdirilməsi nizam -intizamı artırsa da, problemlər də qalmaqdadır.

Ərazidə xidmət göstərən parklanma xidmətinin əməkdaşları da artıq sürücülərin yeni qaydalara riayət etdiklərini deyirlər.

Nəqliyyat üzrə ekspert Aslan Əsədov deyir ki, əgər yeni təkliflər qəbul edilərsə, avtomobil sahibləri parklanmaya görə ödəniş etmədən həmin ərazini  tərk etsələr inzibati məsuliyyətə cəlb ediləcəklər.

Daha ətraflı videomaterialda:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.