Ödəniş etmədən parklanma yerlərini tərk edən sürücülər üçün cərimələr artırılacaq, həmçinin onlar inzibati məsuliyyətə cəlb ediləcək. Məsələ ilə bağlı Milli Məclisdə aparılan müzakirələr məhz bu istiqamətdədir. Hələlik bununla bağlı rəsmi qərar yoxdur.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sürücülər deyir ki, qaydaların sərtləşdirilməsi nizam -intizamı artırsa da, problemlər də qalmaqdadır.
Ərazidə xidmət göstərən parklanma xidmətinin əməkdaşları da artıq sürücülərin yeni qaydalara riayət etdiklərini deyirlər.
Nəqliyyat üzrə ekspert Aslan Əsədov deyir ki, əgər yeni təkliflər qəbul edilərsə, avtomobil sahibləri parklanmaya görə ödəniş etmədən həmin ərazini tərk etsələr inzibati məsuliyyətə cəlb ediləcəklər.
Daha ətraflı videomaterialda:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun