Ölkə

“Qadınlarla bağlı bu fikirlər Allah kəlamı deyil" - İlahiyyatçı

27 İyun 2024 08:19
Baxış: 1 885
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Akif İslamzadənin dedikləri islamla bağlı bugünkü mövcud ənənəvi anlayışa əsaslanır. Müasir dövrdə qadınlar haqda peyğəmbərə istinad edilən yanlış fikirlər var.

Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a ilahiyyatçı Elşad Miri Akif İslamzadənin "Allah qadınları elmsiz yaradıb" fikrinə münasibət bildirərkən deyib.

O bildirib ki, Quranın bugünkü tərcümələri də islamda qadınlara verilən dəyərlə bağlı yanlış ümumi rəy formalaşdırıb:

"Quranın mövcud tərcümələrində qadınların aşağılandığı, onların ikinci növ varlıq olaraq təqdim olunduğu fikirlər Allah kəlamı deyil. Bu gün tərcüməçilər öz qavrayışlarının nəticəsini Allahın kəlamı kimi insanlara sırıyırlar. Halbuki Quranda qadın cəmiyyətin əsaslarından, sütunlarından biri kimi göstərilir. Bu gün cəmiyyəti nizamlayan, gələcək nəsli yetişdirən qadındır. Məsələn, Quranda Səba məlikəsindən ad çəkilmədən bəhs edilir, onun idarəçiliyindən, məşvərət etməsindən fəxrlə danışılır. Qurandan çıxış etsək, deyə bilərik ki, qadınlar idarəetmədə, müxtəlif qurumlarda hakim mövqedə olarsa, mövcud bir çox savaşın önünə keçmiş olarlar".

O, həmçinin peyğəmbərə istinadla qadının ağlının zəif olduğu ilə bağlı iddiaları təkzib edib, onların uydurma olduğunu vurğulayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.