Ölkə

Zaxarovanın Qarabağ haqda hədyanına Bakının cavabı…

27 İyun 2024 08:02
Baxış: 2 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan TŞ katibi Armen Qriqoryanın "Rusiya Qarabağı əlimizdən alıb, Azərbaycana verdi" açıqlamasının İrəvanın məğlubiyyətə görə günahı Moskvanın üzərinə qoymaq və xarici siyasətdə oriyentasiya dəyişikliyini əsaslandırmaq xəttinin davamı olduğu bəllidir. Rəsmi Bakı İrəvan-Moskva xəttindəki "ritorik müharibədə" motiv kimi Qarabağın istifadə edilməsini cavabsız qoymamalı idi, yüksək səviyyədə cavab verildi də.

Milli.Az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

Bununla yanaşı, Rusiyaya da müəyyən mesajların çatdırılması zərurəti yaranır. Çünki Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın Qriqoryana verdiyi cavab Azərbaycan ictimaiyyətində haqlı narazılığa səbəb oldu.

Zaxarova Qriqoryanı "öz əraziləri uğrunda həyatlarını qurban verən erməniləri təhqir etməkdə" ittiham edib və bununla Qarabağın işğalçı ermənilərə "məxsusluğu" iddiasını da irəli sürüb. Moskvanın belə sətiraltı iddiaları yeni deyil, hərçənd, Rusiyadan rəsmi səviyyədə səslənən bu iddialar ikitərəfli münasibətlərdə gərginliyi tətikləyir. Bu situasiya Bakının rəsmi şəkildə Moskvaya cavab verməsi zərurətini yaratsa da, bunun diplomatik kanallarla çatdırılması daha məqbul olardı. Çünki rəsmi cavab İrəvan və Moskva arasındakı hesablaşmanın "ritorik xəttinə" Bakının da qoşulması ilə nəticələnəcək. Ki, bunun Azərbaycana faydası yoxdur. Əvəzində bu cür açıqlamaların qəbuledilməz olduğunu Moskvaya diplomatik kanallarla çatdırmaq olar.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.