Ölkə

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların vəziyyəti açıqlandı

20 İyun 2024 22:40
Baxış: 1 115
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı ölən zəvvarların sayı 1000-i ötüb, əksər zəvvar Məkkə şəhərində ekstremal isti hava şəraiti səbəbindən həyatını itirib.

Milli.Az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri APA-ya açıqlamasında bildirib ki, Həcc ziyarətində vəfat edənlər ziyarətə qeyri-qanuni gələnlərdir:

"Biz Həcc ziyarətinə göndərdiyimiz zəvvarların təyyarə, yemək, su, nəqliyyat, kondisioner və digər xərclərini həll edirik. Qeyri-qanuni gələnlər isə hara getsələr, piyada gəzməli olurlar, gün vurur, ac-susuz qalırlar və belə hallar yaşanır. Eyni zamanda, qeyd edim ki, bu il havanın temperaturu daha da istidir. Ziyarət zamanı hər il temperatur 42-43 dərəcə olurdusa, bu il 48 dərəcə müşahidə olunur. Günəşdə temperatur 50 dərəcəyə çatır. Bizim zəvvarların bütün ehtiyacları qarşılanır. Qeyd edim ki, bizim zəvvarların vəziyyəti yaxşıdır".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.