Ölkə

“Bu sənəd genefondumuzu xilas edəcək”

20 İyun 2024 17:07
Baxış: 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Vaxtı ilə Azərbaycan cəmiyyəti nəinki buna hazır deyildi, hətta əks təbliğatla da məşğul idi. Orta və yaşlı nəslin nümayəndələri xatırlayar ki, TV kanallarda, el şənliklərində məhz insesti təbliğ edən mahnılar qoşulurdu, şerlər bəstələnirdi".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentdə "Sağlam ailə modeli və nikah hüququ" mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

A.Vəliyev vurğulayıb ki, insanlar bir növ yaxın qohum evliliyinə vadar edilirdi, təbliğ olunurdu:

"Mən qətiyyətlə demək istərdim ki, bəzi hallarda imperativ qadağanedici normalar hər zaman da olmasa, müəyyən mənada yerinə düşür. Bu hüquqi sənəddəki sərt addımlar zamanın tələbindən doğur. Bu sənəd Azərbaycanın gələcək genefondunu xilas edəcək sənəddir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.