Ölkə

Qızlara verdiyi suallar azərbaycanlı fenomenin başına BƏLA OLDU - FOTO

19 İyun 2024 11:41
Baxış: 1 821
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin İstanbul şəhərində "Instagram" sosial media platformasında çəkdirdiyi videolarda gənc qızlara mikrofon uzadıb nalayiq suallar verən "Cekaxs" ləqəbli şəxs saxlanılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, İstanbul Baş Prokurorluğu tərəfindən "ədəbsiz nəşrlərin dərcinə vasitəçilik etmək" ittihamı ilə başlanan istintaq çərçivəsində saxlanılan Azərbaycan əsilli Cavid Ələkbərov "etdiyinin cinayət olduğunu bilmədiyini" iddia edib.

Ələkbərov qeyd olunan cinayətə görə, saxlanılaraq həbsxanaya göndərilib. Hakim qərarında şübhəlinin yaydığı bütün nəşrlərin ədəbsiz məzmun daşıdığını və cəmiyyətin mənəvi dəyərlərinə sarsıdıcı təsir etdiyini qiymətləndirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.