Atəşkəs niyə pozulur və Paşinyan Bakıya nə “təklif” edir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Naxçıvan istiqamətində atəşkəsi pozduğuna dair ard-arda xəbərlər yayır. Ermənistan Müdafiə Nazirliyi bu xəbərləri təkzib edir. Ermənistanın Baş naziri Nikol Paşinyan bunu belə izah edib ki, ya həqiqətən atəşkəsin pozulması halları var, ya da bu eskalasiya məqsədilə həyata keçirilir.
Milli.Az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Paşinyan "eskalasiya" dedikdə Azərbaycan Ordusunun hansısa hücum planını həyata keçirmək üçün atəşkəsin pozulması barədə xəbərlər yaymasını nəzərdə tutur:
"Azərbaycanın Naxçıvandan atəşkəsi pozmaqda heç bir marağı yoxdur. Naxçıvan istiqamətində bizə sakitlik lazımdır? Əsas hədəfimizə çatmışıq, ərazi bütövlüyümüz və Qarabağ üzərində suverenliyimiz təmin olunub. Nikol Paşinyan "ya həqiqətən atəşkəsin pozulması halları var" deməklə əslində elə öz ordusunun təxribatına işarə edib. Paşinyan özü də bir neçə dəfə etiraf edib ki, Ermənistan ordusunda "beşinci kolon" mövcuddur, üstəgəl silahlı qüvvələrə "Yerkrapa" kimi fərqli terrorçu qruplar cəlb edilib. Bu ilin fevralında Azərbaycanın mövqelərini elə "Yerkrapa" üzvləri atəşə tutmuşdular. Bunu Paşinyan da etiraf edib.
Nikol Paşinyan deyir ki, Bakıya sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizm yaratmağı təklif etməyə hazıram.
Paşinyanın təklifinə indiki şərtlər altında razılaşmaq mümkün deyil. Birincisi, ortaq komissiyanın formalaşdırılması üçün ilk növbədə iki ölkə arasında sülh və ya çərçivə sazişinin imzalanması lazımdır. İkincisi, Paşinyanın da etiraf etdiyi kimi, ordusunda təxribatçı qüvvələr var və Ermənistan silahlı qüvvələri müxtəlif terrorçu qruplardan formalaşıb. Fevral ayında baş verən təxribata bir daha qayıdaq. Deməli, Ermənistan silahlı qüvvələrindəki "Yerkrapa" terrorçusu snayper atəşi ilə Azərbaycan hərbçisini yaralayıb və Paşinyanın məntiqinə görə belə halları "ortaq komissiya" araşdırmalıdır. Həmin "ortaq komissiya" məsələni araşdırana kimi terrorçu İrəvana geri dönərək cəzasız qalacaqdı. Azərbaycan isə atəş açılan postu dağıtmaqla və terrorçunu neytrallaşdırmaqla cavab verdi və doğru olan da budur. Paşinyan Naxçıvana açılan atəşi müəyyənləşdirmək üçün "ortaq komissiyanın" yerinə müdafiə nazirindən həmin istiqamətdə nələrin baş verməsiylə bağlı hesabat tələb etməlidir. Qarşısını almayacaqlarsa, fevralda olduğu kimi, atəşin açıldığı post zərbə ilə dağıdılacaq".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
XƏBƏR LENTİ
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Hava ilə bağlı son məlumat
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib
-
Bakıda kişi binanın dəhlizində faciəvi şəkildə öldü
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb





