Qurbanlıq heyvanı qadın kəsə bilər? - Bayramla bağlı VACİB MƏQAMLAR - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyunun 16-17-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən bildirilib.
Şəriətə uyğun olaraq, Qurban kəsimi iyunun 16-dan başlayaraq üç gün davam edəcək. İyunun 16-da məscidlərimizdə bayram namazları qılınacaq.
Azərbaycan, öz zəngin tarixi və mədəni irsi ilə Qurban Bayramını xüsusi ehtiramla qeyd edən ölkələrdən biridir. Bu bayram günlərində insanlar məscidlərə gedir, dualar edir və qurban kəsərək, ətini ailə üzvləri, qonşular və kasıblarla bölüşürlər. Bayramın mənəvi və sosial aspektləri, cəmiyyətin həmrəyliyini və yardımlaşma ruhunu gücləndirir.
Qurban Bayramı zamanı diqqət olunası məqamlar, bayramın fəlsəfəsi və qadağalarla bağlı tanınmış ilahiyyatçı Fərid Abdullaha müraciət etdik.
- Qurban bayramının fəlsəfəsi barədə nə deyərdiniz?
- Qurban Bayramı İslamın ən önəmli bayramlarından biridir və hər il hicri təqvimlə Zilhiccə ayının 10-cu günündə qeyd olunur. Bu bayram, İbrahim peyğəmbərin oğlu İsmaili Allahın əmri ilə qurban etməyə hazır olduğunu xatırladır. Allah onu imtahan etdikdən sonra İsmailin əvəzinə bir qoçun qurban verilməsi ilə bu ənənə başlamışdır. Hələ də müsəlmanlar arasında davam edir. Əlbəttə, bu məsələnin mənəvi və irfani tərəfləri daha dərindir. Qurban Bayramı, müsəlmanlar arasında paylaşma, yardımlaşma və Allahın rızasını qazanmaq üçün qurban kəsmə ilə qeyd olunur.
- Qurban kəsmək vacibdirmi?
- Qurban kəsmək iki yerə bölünür: vacib və müstəhəb. Vacib qurbanlıq həcc ayinini icra edənlər üçün, habelə əhd, nəzir və bu kimi məsələlərdə vacibdir. Ümmət arasında bu gün qurbanlıq kəsmək ənənəsi müstəhəbdir. İmkanı olan şəxs üçün qurban kəsmək təkid olunmuş müstəhəb əməldir.
- Kimlər qurban kəsdirə bilər?
- İnsanın qurban kəsməyə pulu varsa, lakin onun pulunu imkansız və ehtiyaclı adama verə bilər. Özünün və ailənin adından bir heyvanı qurban kəsmək olar. Şərikli şəkildə qurban kəsmək olar.
- Qurbanlıq heyvanı nə vaxt kəsmək lazımdır?
- Qurban kəsmək üçün ən yaxşı vaxt, "Qurban bayramı" günü Günəş çıxdıqdan və bayram namazı qılındıqdan sonradır. Qurbanlıq üç heyvandan biri olmalıdır; dəvə, inək və xırda buynuzlu heyvan. Dəvə beş yaşdan, inək və keçi iki yaşdan və qoyun isə yeddi aydan kiçik olarsa, onları qurban kəsmək caiz deyil
Vacib qurbanda şərt olan xüsusiyyətlər, müstəhəb qurban üçün şərt deyil. Belə ki, tək gözlü, axsaq, qulağı kəsilmiş, buynuzu sınmış və arıq heyvanı qurban kəsmək olar. Lakin daha yaxşı olar ki, heyvanın əzaları sağlam və özü də kök olsun. İnsanın özünün bəslədiyi heyvanı qurban kəsməsi məkruhdur.
- Kəsilən heyvanın paylanıması necə olmalıdır?
- Qurbanı kəsən şəxsə, kəsdiyi heyvanın üçdə birini özü, yaxud ailəsinin yeməsi üçün ayırması, digər üçdə birini isə müsəlmanlardan istədiyi şəxsə verməsi caizdir. Lakin daha yaxşı olar ki, sonuncu üçdə birini fəqir müsəlmanlara sədəqə versin.
- Qadınlar qurbanlıq heyvanı kəsə bilər?
- Qadınlar qurbanlıq heyvanını kəsə bilər və bu barədə xüsusi bir məhdudiyyət yoxdur. Əsas olan, qurban kəsən şəxsin İslamın şəriət qaydalarına riayət etməsi və dini vəzifələrini düzgün yerinə yetirməsidir.
Əgər evin başçısı (kişi) qurban kəsməkdən imtina edərsə, qadın özü və ailəsi üçün qurban kəsmək haqqına malikdir.
Qurban bayramı oruc tutmaq haramdır. Qurban bayramı müsəlmanlar bayram namazı qılırlar.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
-
Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun dosyesi
-
“Çirkin” final edir
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Hasil Abbasov vəzifəsindən azad edildi
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Prezidentin yüksək vəzifə verdiyi Hacıbaba Babayev kimdir? - dosye
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
27 Sentyabr – Anım Günü “Azərxalça” ASC-nin emalatxanalarında qeyd olunub - (Foto)
-
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)





