Ölkə

Bəhruz Bəhramova yüksək vəzifə verildi

13 İyun 2024 15:53
Baxış: 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Bəhruz Fərman oğlu Bəhramov Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

Milli.Az bildirir ki, bu barədə "APA-Economics"ə ARDNF-dən məlumat verilib.

Qeyd edək ki, Bəhruz Bəhramov 2020-ci ildən hazırki tarixədək ARDNF-nin İcraçı direktorunun müşaviri vəzifəsini icra edib. Daha öncə ARDNF-nin Risklərin idarə edilməsi və İnvestisiya departamentlərində müxtəlif vəzifələrdə, o cümlədən, 2014-2016-cı illərdə Risklərin idarə edilməsi departamentinin direktor müavini, 2016-2020-ci illərdə Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışıb.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.