Dünya

Ukrayna və Avropa İttifaqı arasında saziş imzalandı

27 İyun 2024 17:34
Baxış: 746
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Brüsseldə Ukrayna və Avropa İttifaqı arasında təhlükəsizlik sazişi imzalanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, sazişi Ukrayna tərəfindən Prezident Vladimir Zelenski, Aİ tərəfindən isə Aİ Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen imzalayıb.

Şarl Mişel "X" hesabında bildirib ki, sazişdəki öhdəliklər Ukraynaya özünü müdafiə etməyə, sabitliyin pozulmasına qarşı durmağa və gələcək təcavüz aktlarının qarşısını almağa kömək edəcək.

"Bu, Aİ-nin Ukraynanı uzun müddət dəstəkləməkdə sarsılmaz qətiyyətinin daha konkret sübutudur", - Şarl Mişel əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory