Ölkə

Qurban bayramında hansı heyvanları şərikli kəsmək olar? - AÇIQLAMA

13 İyun 2024 18:02
Baxış: 839
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 16-17-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək.

Bu səbəbdən qurban kəsmək arzusunda olan insanlar arasında "Hansı qurbanlığa şərik olmaq, pay durmaq olar? Hansı heyvanda pay bölgüsü necə olur?" sualları aktual olaraq qalır.

Milli.Az xəbər verir ki, İlahiyyat İnstitutunun sabiq rektoru, deputat Ceyhun Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, bütün qurbanlıqlara pay durmaq (yəni, bir heyvanı bir neçə nəfərin toplaşıb kəsməsi) olmur.

"Əvvəlcə nəzərə almalıyıq ki, Qurban bayramı İslamın iki əsas, müqəddəs bayramlarından biridir və bütün müsəlman dünyasında qeyd olunur. Qurban əsasən, qoyundan, inəkdən və dəvədən kəsilməlidir.

Qoyunda hansısa bir şəriklik söhbəti yoxdur, yəni qoyunu yalnız bir nəfər kəsməlidir. Dəvə və inəyə gəldikdə isə, yeddi nəfər birləşib bir qurban kəsə bilər. Yeddi məsələsi inək və dəvədən olan qurbanlara aiddir - bu, şəriətdə də təsbit olunub.

Qurbanın paylanmasına gəldikdə isə, bu qohumlara, qonşulara paylana, bir hissəsini də ev yiyəsi özünə götürə bilər. Yəni, dinin yanaşması budur. Din konkret bizə deyib ki, hansı heyvanlardan qurban kəsmək olar və hansı formada bu paylanılmalı və bölgü aparılmalıdır", - deyə C.Məmmədov bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.