Ölkə

Azərbaycanda agentlikdə yüksək vəzifə Köçərli Həsənova həvalə edildi

6 İyun 2024 18:20
Baxış: 1 128
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nəzdində yaradılan "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsin İdarə Heyətinə sədr əvəzi təyin olunub.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, bu vəzifə Köçərli Həsənova həvalə edilib.

Publik hüquqi şəxsin qanuni təmsilçisi də Köçərli Fəriş oğlu Həsənovdur.

Qeyd edək ki, sözügedən Xidmət Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) - içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir.

Xatırladaq ki, Köçərli Həsənov "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədr vəzifəsini müvəqqəti icra edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.