Ölkə

32 il ağır yaşayışdan sonra yenidən doğma Şuşada - VİDEO

6 İyun 2024 10:28
Baxış: 491
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ömrünün 32 ilini məcburi köçkün kimi Bakıdakı yataqxanaların birində ağır şəraitdə yaşamış Birinci Qarabağ müharibəsi veteranı Əbülfət Əsədov ailəsi ilə birlikdə doğma Şuşaya köçüb.

Milli.Az Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, o bu illər ərzində doğma torpaqların həsrətini çəkdiyini bildirib.

Ə. Əsədov sonuncu dəfə Şuşada 1992-ci il aprelin 24-ü olub. Təxminən bir həftə sonra Şuşa işğal olunub: "Evliliyimizin 32-ci ilidir. Toy üzü görməmişik, qismət olmayıb. Şuşa işğal olunmuşdu, şəhidlər vermişdik deyə toy eləmədik, "ZAQS"a gedib qol çəkdik. Həsrətlə gözləyirdik ki, Şuşaya gedək.

... Çox şükürlər olsun ki, Şuşamıza gəlib çıxdıq. Burada gözəl evlər tikiblər. Allah Prezidentimizə can sağlığı versin, şəhidlərimizə  rəhmət eləsin!"

Daha ətraflı videomaterialda:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.