Ölkə

Şuşa İslam Əməkdaşlıq Təşkilatının 10-cu Gənclər Paytaxtına ev sahibliyi edir - FOTO

4 İyun 2024 17:28
Baxış: 303
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (ICYF) və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən "Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024" Beynəlxalq Proqramına start verilir.

Milli.Az xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (ICYF) ölkələrin inkişafında mühüm rol oynayan, gənclərin bacarıqlarını artırmaq məqsədilə hər il İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən bir şəhəri "Gənclər Paytaxtı" seçir və il boyu bu şəhərdə beynəlxalq tədbirlər təşkil edir.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında 2024-cü ilin "Gənclər Paytaxtı" seçilən Azərbaycan Respublikasının Şuşa şəhəri İslam Əməkdaşlıq Təşkilatının 10-cu "Gənclər Paytaxtı"na ev sahibliyi edəcək.

Şuşa şəhərinin 2024-cü il üçün İƏT "Gənclər Paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2024-cü il tarixli Sərəncamına uyğun olaraq təşkil edilən tədbirdə dövlət rəsmiləri, İƏT Gənclər Forumu, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nümayəndə heyətləri, müxtəlif qurumların, təşkilatların rəhbər nümayəndələri və 36 ölkədən 150-dən çox gənc iştirak edib.

İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin bir çox yüksək səviyyəli rəhbərlərinin və gənclərinin iştirakı ilə "Beynəlxalq Liderlik və Diplomatiya Konfransı", "NexGen: Sosial İnnovasiyalar Forumu", "Sülh və harmoniya üçün İslam Gənclərinin Danışıqları" adlı tədbirlər təşkil ediləcək. Proqram çərçivəsində qlobal, milli qurum və təşkilatlarla əməkdaşlıq ediləcək, müxtəlif fəaliyyətlər, o cümlədən mədəni, təhsil, əyləncə, sosial, idman, mədəniyyətlərarası dialoq, gənclərin liderliyi və bacarıqların artırılması mövzularında layihələr təşkil olunacaq.
Tədbirlər 3-6 iyun 2024-cü il tarixlərini əhatə edir.

Xatırladaq ki, İƏT "Gənclər Paytaxtı" beynəlxalq proqramı 2015-ci ilin mayında Küveytdə keçirilən İƏT Xarici İşlər Nazirlərinin Konfransında İƏT-ə üzv 56 ölkənin xarici işlər nazirlərinin səsverməsi ilə qəbul edilib və ilk İƏT "Gənclər Paytaxtı" Türkiyə Respublikasının İstanbul şəhəri olub. Şuşa İslam dünyasında bu missiyanı yerinə yetirən 10-cu şəhərdir. 2023-cü ilin oktyabr ayında İƏT Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında Qarabağın incisi Şuşa şəhəri 2024-cü il üçün İslam Əməkdaşlıq Təşkilatının "Gənclər Paytaxtı" elan olunmuşdu.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.