Azərbaycan parlamenti Çexiyaya etiraz məktubu göndərib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mayın 24-də Milli Məclisin Çexiya ilə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev qrupun üzvləri adından Çex Respublikası parlamentinin Deputatlar Palatasının Çexiya-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvlərinə etiraz məktubu ünvanlayıb.
Milli.Az report.az-a istinadən xəbər verir ki, məktubda Çexiya parlamentinin Deputatlar Palatasının sədr müavini Yan Bartosekin Ermənistanın səfiri Aşot Hovakimyanla görüşdə səsləndirdiyi fikirlər Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin dərin təəssüfünə səbəb olduğu bildirilib.
Qeyd olunub ki, Yan Bartosekin səsləndirdiyi birtərəfli şərhlər həqiqəti əks etdirməməklə yanaşı, həm də Azərbaycan və Çexiya parlamentləri arasında son illər ərzində yaranmış və özünü doğrultmuş dostluq və əməkdaşlıq ruhuna ziddir. Həmçinin belə görünür ki, cənab Bartosek keçmiş münaqişənin tarixinin əsil səbəbləri, habelə ötən 3 il ərzində regionda yaranmış yeni reallıqlardan və Ermənistan və Azərbaycan arasında sülh gündəliyi barədə məlumatsızdır. Dost ölkə parlamentinin Deputatlar Palatasının sədr müavini cənab Bartosek tərəfindən söylənən fikirlər ölkələrimiz arasında mövcud olan sağlam əməkdaşlığa və dostluq münasibətlərinə xələl gətirir.
Məktubun mətnində deyilir: "Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu cənab Bartosekin nəzərinə çatdırır ki, Azərbaycan Respublikasının 20% ərazisi 30 il ərzində Ermənistanın işğalı altında qalıb. Bu dövr ərzində Ermənistan azərbaycanlılara məxsus yaşayış məntəqələrini talan edib və dağıdıb, tarixi və memarlıq abidələrini məhv edib və saxtalaşdırıb, həmçinin Azərbaycana məxsus dini abidələri təhqir edib. Bütün dünya, o cümlədən Ermənistanın özü və cənab Bartosekin ölkəsi olan Çex Respublikası da bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Belə olan halda, sədr müavininin məsələ ilə bağlı öz dövlətinin rəsmi mövqeyinə açıq şəkildə məhəl qoymaması və ya faktları bilərəkdən təhrif etməsi bizdə dərin təəccüb və təəssüf doğurur".
Bildirilib ki, Azərbaycan-Çexiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri cənab Bartosekin bəyanatını pisləyir və onun buraxdığı siyasi səhvi düzəldəcəyinə ümid edir.
Sonda İşçi qrupunun mövqeyi barədə Çexiya parlamentinin Deputatlar Palatasının rəhbərliyinə məlumat verilməsi xahiş olunur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar təhlükəlidir? - (Video)
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
XƏBƏR LENTİ
-
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar təhlükəlidir? - (Video)
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı





