Ölkə

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

18 May 2024 10:53
Baxış: 6 732
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov bir neçə gün əvvəl yaş həddi ilə əlaqədar xidmətdən azad edilib.

Milli.Az bildirir ki, general-mayor Namiq İslamzadə Hərbi Hava Qüvvələrinə komandan təyin olunub. O, şəxsi heyətə təqdim edilib.

Namiq İslamzadə bu təyinatadək Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində çalışıb.

9 dekabr 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Namiq İslamzadəyə Vətən Müharibəsi Qəhrəmanı adı verilib.

Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov isə bir neçə gün əvvəl xidmətdə olmanın yaş həddi ilə əlaqədar vəzifəsindən azad edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.