Qeyri-sabit hava kənd təsərrüfatına ziyan vurub? – YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son günlər havanın qeyri-sabit keçməsi, yağışların yağmasının kənd təsərrüfatının məhsuldarlığına heç bir ziyanı yoxdur.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
O bildirib ki, yaz yağışının təsərrüfatlara heç bir ciddi ziyanı yoxdur.
"Ola bilsin, ot biçilibsə, müəyyən ot sahələrinə ziyan vursun. Ancaq ümumilikdə heç bir ziyanı yoxdur. Çünki bu yağışlar uzunmüddətli deyil, bir gün yağır, səhəri gün çıxır.
Əslində, bu yağış təsərrüfatlara xeyirdir. O zaman ziyan verərdi ki, bu yağışlar bir neçə gün davam etsin. O zaman bitkilərin, o cümlədən, pambığın dibi çürüyə bilərdi. Digər bitkilərin inkişafına mane ola bilərdi. Ancaq indiki halda bu yağışların xeyri var", - deyə komitə sədri qeyd edib.
Onun sözlərinə görə, bu yağışlar həm də su ehtiyatının yığılmasıdır.
"Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da su çatışmazlığı var, su ehtiyyatları məhduddur. Xüsusilə yay aylarında, yazın axırlarında təsərrüfatlar suvarma suyundan ciddi korluq çəkir. Ancaq bu yağışlar yerin qatında su təbəqəsi yaradır və sözsüz ki, bu, xeyli müddət bitkilərin qidalanmasına kömək edir. Əgər sel, daşqınlar varsa, bunlar təsərrüfatlara ciddi ziyan vura bilər. Ancaq bu cür yağışlar faydalıdır", - deyə o əlavə edib.
------
13:44
"Hadisə dünən axşam saat 20 radələrində baş verib və qəfil gələn sel suları avtomobil yolunun tikinti aparılan hissəsinə dolub".
Milli.Az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, qısa zaman ərzində sel sularının istiqaməti dəyişdirilib və problem aradan qaldırılıb:
"Suyun daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Nəqliyyatın hərəkətində yaranmış problem aradan qaldırılıb".
---------
10:26
Sel suları İsmayıllı-Qəbələ yolunda nəqliyyatın hərəkətini iflic edib.
Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a sözügedən yoldan istifadə edən sürücülər tərəfindən məlumat verilib.
Sel sularının yola gətirdiyi daş, çınqıl, qırılmış ağac budaqları avtomobillərin hərəkətini çətinləşdirib.
Qeyd edək ki, sözügedən yol bir müddətdir ki, təmirdədir.
Həmçinin, Göyçaya da leysan yağıb və nəticədə sel gəlib. Seldən sonra zibillər çaya axıb və xoşagəlməz görüntü yaranıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
"Səhər həkimdən mənə şəkil göndərdi, çox narahat oldum" - (Video)
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Bu köhnə 250 manat hərracda yüksək qiymətə satıldı - (Video)
-
Röyanın illər əvvəl atası ilə təsirli dialoqu kövrəltdi - (Video)
-
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” - (Video)
-
Bazar gününün havası açıqlandı
XƏBƏR LENTİ
-
"Səhər həkimdən mənə şəkil göndərdi, çox narahat oldum" - (Video)
-
Mbappe 20 illik sponsorunu dəyişdi
-
Kəpənəklər arasında inanılmaz fərq - Biri 14 gün, digəri 348 gün yaşayır
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Bu köhnə 250 manat hərracda yüksək qiymətə satıldı - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Röyanın illər əvvəl atası ilə təsirli dialoqu kövrəltdi - (Video)
-
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” - (Video)
-
Tramp onu hava limanında şəxsən qarşılayacaq
-
Bazar gününün havası açıqlandı
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Aparıcı “palatka biznesi” ilə bağlı şok sirri açdı - (Video)
-
Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı
-
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - (Video)
-
Serxio Ramos: "Ardaya kifayət qədər şansı verilsə, onu keçə bilər"
-
Rusiyada ayılara görə komendant saatı tətbiq edildi
-
Hərbçimizlə erməni qadın arasında dialoq - (Video)
-
Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı
-
Elgizin görüntüsü viral oldu – (Video)
-
Tural İsmayılov yeni vəzifəyə təyin olundu
-
Elşad Namazov vəzifəsindən getdi
-
"Volkswagen" 200 mindən çox avtomobili geri çağırır – SƏBƏB
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
"Qarabağ"ın 5 legioneri milli komandalarına çağırıldı





