Qazaxın 4 kəndi geri qaytarıldı - İlham Əliyevin NÖVBƏTİ ZƏFƏRİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.
Milli.Az-ın məlumatına görə, görüş zamanı komissiyalar aşağıdakılar barədə razılığa gəliblər:
• Delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanis Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) - Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.
• Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, Tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.
• Razılaşdırılıb ki, Tərəflər sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi üçün tədbirlər görmək məqsədilə öz hökumətlərinə müraciət edəcəklər. Həmçinin razılaşdırılıb ki, delimitasiya prosesi tam başa çatana qədər Protokol-təsvirdə göstərilən sərhəd xəttinin hissələri delimitasiya edilmiş hesab olunsun.
• Paralel olaraq, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın Birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin 1 iyul 2024-cü il müddətinədək başa çatdırılması və dövlətdaxili razılaşdırmalar prosesinə və müvafiq qaydada Tərəflərin dövlətlərinin qanunvericiliyinin tələblərinə uyğun olaraq Əsasnamənin təsdiqinə başlamaq barədə razılığa gəlinib.
• Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar. Tərəflər, həmçinin həmin baza prinsipini Əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər (əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq).
• Tərəflər Əsasnaməni təsdiq etdikdən sonra növbəliliyi razılaşdırmaq və sərhədin bütün digər hissələrinin, o cümlədən anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər.
Görüşün nəticəsində protokol imzalanmışdır. Növbəti görüşün keçirilməsi tarixinin və yerinin işçı qaydada razılaşdırılması qərara alınıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi
-
Pünhan Piriyevin xanımı ilə diqqət çəkən rəqsi - (Video)
-
Mingəçevirdə qadın bıçaqlandı - Əri polisə təslim oldu
-
ANS-in keçmiş əməkdaşı bu televiziyaya rəhbər vəzifəyə gətirildi
-
84 yaşlı məşhur hind aktyor yıxıldı - (Video)
-
Bu yollarda sürət həddi artırıldı
XƏBƏR LENTİ
-
ABŞ ordusu katerə zərbələr endirdi: Ölənlər var
-
Tramp süni intellektin adını dəyişdi
-
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi
-
Pünhan Piriyevin xanımı ilə diqqət çəkən rəqsi - (Video)
-
Millətlər Liqasında günün oyunları başa çatdı
-
Mingəçevirdə qadın bıçaqlandı - Əri polisə təslim oldu
-
ANS-in keçmiş əməkdaşı bu televiziyaya rəhbər vəzifəyə gətirildi
-
Rusiyada zəlzələ oldu
-
84 yaşlı məşhur hind aktyor yıxıldı - (Video)
-
Bu yollarda sürət həddi artırıldı
-
Nazir müəllimləri təbrik etdi
-
Jorje Jezuş Ronaldu barədə: "Bunu asanlıqla həll etmək olar"
-
Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi" - (Video)
-
Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi
-
Dünya bazarında neft ucuzlaşdı
-
İlk insanlar belə olub - (Foto)
-
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib - (Foto)
-
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
-
Bakının bu ərazisində işıq kəsiləcək
-
Kamaləddin Qafarov: Bu Zəfər milli iradənin təntənəsi idi
-
Millətlər Liqası: Ronaldusuz Portuqaliya 1/4 finalda!
-
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Zəfər xronikası. 5 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib - (Video/Foto)





