Ölkə

Taksilər kütləvi surətdə cərimə meydançasına aparılır? - AÇIQLAMA - VİDEO

19 Aprel 2024 12:27
Baxış: 1 044
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Taksi avtomobillərinin kütləvi qaydada yol polisi tərəfindən cərimə meydançasına aparılması ilə bağlı sosial şəbəkələrdə video yayımlanıb.

Videoda üzərində reklam olan avtomobillərin müvafiq sənədinin olmadığı üçün Dövlət Yol Polisi tərəfindən cərimə meydançasına aparıldığı iddia olunur.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.

Milli.Az xəbər verir ki, idarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, videonu paylaşan şəxsin avtomobili üzərində ötən ilə aid ödənilməmiş cərimə borcları olduğu üçün mühafizə olunan duracağa yerləşdirilib.

Qeyd olunub ki, inzibati icraat zamanı sürücü müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan nəqliyyat vasitəsində reklamın yayılması və qeyri-qanuni sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu üçün də inzibati məsuliyyətə cəlb edilib.

Videonu təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.